Gəncədə Bədhaş Nəbiyevin “bədxassəli” pul düşkünlüyü və ölümə sövq edilən xəstələr

Hit REDAKSİYA SEÇİMİ
Spread the love

Gəncədəki Abbas Səhhət adına xəstəxanada koronavirus xəstələri yerləşdirilib. Bir neçə gün öncə Bədhaş Nəbiyev həmin xəstəxanaya Baş həkim təyin edilib. Ancaq Nəbiyeb həmin vəzifədə yerləşdikdən sonra xəstə yaxınları ciddi narazılıqlar edirlər. Bildirirlər ki, xəstələrə qarşı hədsiz diqqətsizlik var, dərmanlar çatışmışr. Vətəndaşlar ölüm ayağında olan xəstələrini reanimasiyaya yerləşdirilə bilməmələrindən gileylənirlər. Səbəb kimi isə, guya yerlərin olmamamsı “əsas” gətirilir. Ancaq araşdırmalar zamanı bəlli olub ki, Bədhaş Nəbiyev digər yüksək vəzifəli şəxslərin telefon zəngləri və başqa neqativ hallarla bu işi “həll edir”.

 

Şikayətçi vətəndaşlar bildirirlər ki, Abbas Səhhət adına xəstəxanada xəstələrə qarşı diqqətsizlik, natəmizlik var. Binanın soyuq olması ilə yanaşı, su qıtlığı da, nisanlar üçün ikinci bəlaya çevrilib. Xəstəxanaya müalicə və şəfa tapmaq üçün baş vuranlar natəmizlikdən və digər səbəblərdən dolayı, ikinci  virusa yoluxaraq başqa bir xəstəliyə tutulmaq təhlükəsi ilə üz-üzədir.

Xəstə yaxınlarının sözlərinə görə, Baş həkim Bədhaş Nəbiyev həmin problemləri aidiyyatı qurumlar qarşısında qaldırmır. Əksinə, ağır halda ölüm ayağında olan xəstələrdən böyük məbləğdə pullar tələb edilərək palatalara yerləşdirmə əmri verilir.

Gəncə sakinləri söyləyirlər ki, hətta xəstələrə xidmət edən tibb işçiləri belə, yeni Baş həkim Bədhaş Nəbiyevin fəaliyyətindən narazıdırlar.

Görünür, yoldaş Bədhaş Nəbiyev son günlərdə əməllərinə və rüşvətə görə vəzifəsindən azad edilən və həbs edilən Baş həkimlərdən xəbərsizdir.

Dünyanınsəsi.Az