Gəncədə avtoxuliqanlıq edən şəxs həbs edildi

HADİSƏ Hit
Spread the love

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Dunyaninsesi.Az -a verilən məlumata görə, aparılan müvafiq tədbirlər nəticəsində DYP əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıblar.

Belə ki, əvvəllər dəfələrlə kobud qayda pozuntusu törətdiyinə görə sürücülük hüququndan məhrum edilən şəhər sakini Samir Məmmədovun “Wolksvagen” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.

Həmin şəxs barəsində DYP-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Məmmədov 20 gün müddətinə inzibati qaydada həbs edilib.