Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DunyaninSesinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik maşını yolu keçmək istəyən gənc qadını vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.