DunyaninSesinin məlumatına görə, hadisə şəhərin Dədə Dorqud küçəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21011” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü – 1983-cü il təvəllüdlü Məmmədov Ramin Ramiz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.