Ģəncədə ət satışı mağazalarında nöqsanlar aşkarlanıb

HADİSƏ Hit
Spread the love

Gəncədə ət satışı mağazalarında reydlər keçirilib. Bu haqda 29 iyun tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat veririk.

Yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunmadığı müəyyən edilib. Nəticədə aşağıda qeyd olunan 3 mağazanın sahibləri cərimələnib:

  • Nizami prospekti, keçmiş Şəmkir avtovağzalı, İbrahim Mustafayevə məxsus mağaza;
  • Şah İsmayıl Xətai küçəsi, Ehtiqal Əsgərova məxsus mağaza;
  • Dədə Qorqud və Müseyib Bağırov küçələrinin kəsişməsi, Ramin Mehdiyevə məxsus mağaza.