Gəncə yenə atəşə tutuldu- FOTOLAR

HADİSƏ Hit
Spread the love

Ermənistan silahlı qüvvələri tərəfindən 08.10.2020-ci il tarixdə saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirib.

Dünyanınsəsi.Az-ın  məlumatına görə, gecə saatlarında şəhər ərazisinə azı iki mərmi atılıb.

Bildirilib ki, hadisə nəticədə bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.