Gəncə Təhsil İdarəsini Korrupsiya yeyir- Foto

Əsas Manşet İQTİSADİYYAT
Spread the love
Gəncə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərə dövlət büdcəsindən əsasız olaraq maliyyə silinməsi faktı qeydə alınıb. Redaksiyamıza rəsmi məlumatlarda bildirilir ki, məlum rəsmi sənədləşmələrlə 16 yanvar 2019 cu ildə Gəncə 8 saylı regional Ərazi Maliyyə Hesablaşma Mərkəzi “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”adı altında 289690.0 manat (iki yüz səksən doqquz min altı yüz doxsan manat) pulu “havaya sovurub”.
Məlumatlara görə, əslində Gəncə şəhərində məktəblərin isidilməsində odun yanacağından istifadə olunmur. İddialara görə, bu maxinasiyanın reallaşmasında Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun müvafiq tələbnaməsi də nəzərə alınıb. Məbləğin isə “Xalq Bank” filialının vasitəsi ilə Neftçala şəhərinə köçürülməsi haqqında rəsmi sənədləşmə var.
Əldə etdiyimiz digər  məlumatlara görə Zakir Hüseyinov Azərbaycan Texnologiya Universitetində,  Kompüter Mühəndisliyi Telekomminikasiya kafedrasında 0,5 ştat, Gəncə Dövlət AQRAR Universitetinin İnformasiya Texnologiyaları sistemləri kafedrasında isə eyni qaydada  0,5 ştat işləyir.  Adı çəkilən  Universitetlər də  Zakir Hüseyinov  bir dəfə də olsun dərsə gedib dərs keçmiyibdir. Amma Universitetlərdən hər ay Zakir Hüseyinova  aylıq maaş yazılıbdır. Bu külli miqdarda pulun mənimsənilməsi deməkdir. Hətta Universitetlər də Zakir Hüseyinovun əvəzinə saxta Jurnal yazılıb, bu özü əsaslı  çinayətdir.
Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseyinova əsassız olaraq əməkhaqqı yazılması, vəyaxud Zakir Hüseyinov bilərəkdən əassız olaraq pul kartı vasitəsi ilə hər iki universitetdən əməkhaqqı alması, aylıq qazanc əldə etməsi üçün,  külli miqdarda pulun mənimsənilməsi, təstiqini tapan korrupsiya faktıdır.
Araşdırdıqca dəhşətə gəlirik, bu qədərdə anarxiya olarmı?
Ötən  2019 cu ilin sonlarında həbs olunan sabiq Ağstafa rayon icra başcısı Nizaməddin Quliyevin, sabiq Yevlax rayon  icra başcısı Qoca Səmədovun Dövlət büdcəsindən əsassız olaraq maliyyə silinmələri edildiyi təsdiqini tapdığı halda hər iki icra başcısı həbs olundu.
Gəncə Təsil İdarəsinin müdiri  aylıq qazanc əldə etməsi üçün, Dövlər büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqları alması ələ keçirilməsi haqqında məlumat doğrudur. Bu şəxsin, Vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə  zərər vuran çox saylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qarşı tərəfi dinləməyə hazırıq…