Gəncə sakini “HYUNDAI” şirkətindən şikayət etdi – (FOTO +VİDEO)

Əsas Manşet HADİSƏ Manşet
Spread the love

Hyundai şirkətinin Gəncə servis  xidməti öz müştərisini aldadıb ələ salır: “Burda mənəm Bağdada kor xəlifə”- deyir
Gəncə sakini Atai Bəxtiyar “HYUNDAI” şirkətini üzərinə ğötürmüş olduğu öhdəlikləri yerinə yetirməməkdə ,süründürməçilikdə eləcədə dələduzluqda ittiham etməsi ilə bağlı “DunyaninSesi”nə “video” müraciət göndərib.Mürcət sahibi bildirir ki, 13.05.2019-cu il tarixdə “Hyundai”  şirkətinin Gəncə dillerliyindən “HYUNDAI SANATA FE” markalı 20 DS 222 dövlət qeydiyyat nişanlı avtomobili almışam.Aldığım son 6 ay ərzində texniki vasitəninin detallarında yaranmış olan problemlərin həlli ilə bağlı Gəncə şəhəri, Gəncə-Şəmkir şossesinin  2-ci km-də yerləşən servisə dəfələrlə müraciət edib ,lakin xidmət sahəsi üzərlərinə götürmüş olduqları öhdəliyi yerinə yetirmədən boyun qaçırıb.
Şikayətçinin dediyinə görə  sözügedən şirkətlə yəni alıcı və satıcı arasında bağlanılmış olan müqavilə və ondan doğan öhdəliklərə görə texniki vasitənin təmiri onların bir başa xidməti borcları kimi qeyd edilir. Məhz buna görə şirkət üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməyə borclu olduğu halda bundan yayınır. Buna görə  də avtomaşını şirkətin Gəncə servisinin qarşısında qoymağa məcbur qalan şikayətçi “Hyundai Sanata FE”-yə 5   illik zəmanət verən şirkətdən öhdəliyin yerinə yetirməsi və vətəndaş süründürməçiliyi  durdurması gileyini ifadə edir.Təbii ki, bu cür hallar tanınmış avtomobil şirkətinin reytinqinə böyük zərbə vurur, ona olan inamı azaldır.
 Gəncə sakinini  mətubat vasitəsi ilə “Hyundai” şirkətinin Gəncə servisində baş verən özbaşınalıqların durdurulması ilə  bağlı hüquq-mühavizə orqanlarından , vəzifəli şəxslərdən kömək istəyir.Eləcə də məhkəməyə müraciət edəcəyini bildirir.

DunyaninSesi.AZ