
Gəncə şəhərinin zibil problemi niyə həll edilmir? – FOTO+ VİDEO
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeli qurumları yay və qış mövsümünün gəlişi ilə əlaqədar guya gücləndirilmiş iş rejiminə keçirlər.Amma bunların hamısı ictimaiəti eləcə də rəhbərliyi aldatmaqdan başqa bir şeyə deyildir.Gəncə şəhər M.Cəfərov küçəsinin bir qrup sakinləri “DunyanınSesi”nin” elktoron ünvanına foto və video kadrlar göndərib.Kadrlarda göstərilən ərazini sözün əsil mənasında zibil poliqonuna çevirildiyi görünür.Şikayətçilər bildirirlər ki, ərazidə 10 minə yaxın sakin olsada cəmi 2 zibil qutusu qoyulub.Sözügedən ərazini zibildən təmizlənməsi ilə əlaqədar olaraq bir həftədir aidiyyatı üzrə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyininə eləcdə “Zibi İdarəsi” kimi tanınan quruma müraciətlər etsələrdə heç bir tədbir görülmür. Hazırda Təmizlik idarəsi bölgü üzrə bu ərazini zibil poliqonuna çevirməsindən yəqin ki, rəhbərliyin xəbəri yoxdur.Sonda sakinlər şəhər rəhbərliyindən bu qorxunc mənzərəni aradan qaldırılması üzrə göstəriş vermələrini tələb edirlər.
Səddam Mustafayev