Gəncə polisi “pürəngi” çay evində əməliyyat keçirdi-AÇIQLAMA

Hit REDAKSİYA SEÇİMİ
Spread the love

Dünyanın Səsi” “Pürəngi” çay evi,yoxsa pürəngi infeksiya mənbəyi?- başlıqda dərc etmiş olduğu məlumatı müvafiq dövlət qurumlarının diqqətinə çatdırmışdır.Qeyd edək ki, pandemiya qaydalarının kobud surətdə pozulması ilə fəaliyyət göstərən bu ictimai iaşə obyektində Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyinin göstərişi ilə araşdırma aparılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Dünyanınsəsi.Az saytına göndərmiş olduğu açıqlamanı təqdim edirik:
Sözügedən çay evi ilə bağlı yazı saytınızda dərc olunduqdan dərhal sonra Gəncə şəhər Baş polis İdarəsinin (ŞBPİ) rəhbərliyi məsələni nəzarətə götürdü. Gəncə ŞBPİ-nin və Nizami rayonunun ərazi üzrə Polis Bölməsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birlikdə həmin çay evində müvafiq monitorinqlər keçirib. Araşdırma zamanı çay evində pandemiya qaydalarının pozulması aşkar edilib ki, polis əməkdaşları dərhal aşkar edilən pozuntularla bağlı qanunamüvafiq tədbir görüb, obyekt sahibi və işçiləri inzibati məsuliyyətə cəlb olunub.
Redaksiya olaraq qeyd etmiş olduğumuz nöqsanların aradan qaldırlmasına göstəriş verən Gəncə ŞBPİ-nin rəhbərliyinə öz təşəkkürmüzü bildiririk.