Gəncə Beynəlxalq Xəxtəxansında “danabaş” faciəsi-VİDEO

Manşet ÖLKƏ
Spread the love

Gəncə Beynəlxalq Xəstəxanasının İnvaziv Kardioloqu DR. Sənan Təhməzovla yaşlı pasiyent arasında qalmaqal yaşanıb. Həkim növbəlilik əsasında qəbul zamanı Kəlbəcər rayon sakini Uğurlu Bəşirovu sonuncunun ailə üzvülərinin gözü qarşısında təhqir edib. Belə ki, pasient həkimə qəbul qaydalarını pozduğunu bildirib, cavabında həkim Bəşirovun ödəniş qəbzini üstünə ataraq onu bir daha müayinə etməyəcəyini deyərək klinikadan qovub.

Bu haqda Uğurlu Bəşirov  “Dünyanınsəsi.az” saytına şikayət etmişdir.

Kəlbəcərli Uğurlu Bəşirov şikayətində deyib ki, o, Gəncə Beynəlxalq Xəstəxanasının daimi pasiyenti olub. Və 06 yanvar 2022-ci ildə də ora müayinə olunmaq üçün gedib. Qəbul üçün pul vəsaiti ödəyərək qəbz alıb və növbəyə dayanıb. Lakin, həkim kordioloq Sənan Təhməzov və Emin adlı həkimlər öz yaxınlarını növbədənkənar qəbul ediblər və qaydaları pozublar. Belə olan halda, Bəşirov adıçəkilən həkimlərə öz etirazını bildirib. Nəticədə də xəsətənin ödəniş qəbzi üzünə çırpılaraq ağır sözlərlə övladının yanında xəstəxandan qovulub. Şikayətçi bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə də məlumat verib.

Maraqlıdır ki, olayı Gəncə Beynəlxalq Xəsətəxansının İnvaziv Kardioloqu DR. Sənan Təhməzov özü də təsdiq edib.
O, qısa açıqlamasında bildirib: ”Bəli, Uğurlu Bəşirov qəbulumuzda olub. Növbədənkənar xəstə qəbulu ilə bağlı insident yaranıb. Məhz buna görə də onu qəbul etməkdən imtina etmişəm. Mən onun ödəmiş olduğu vəsaiti cibimdən qaytarası olsam belə, onu təkrar qəbul etməyəcəm” – deyə bildirb.

Baş verən həkim-pasiyent qarşıdurması təəssüf doğurur. Fakt özlüyündə ölkəmizin səhiyyə sistemindəki özbaşınalığın, nizam-intizamsızlığın və xüsusilə də həkimlərin xəstələrinə qarşı aqressiv davranışının özəl tibb müəssisələrində də cərəyan etdiyini aydın edir. Həkim andı daşıyanlarda isə ondan şəfa diləyənlərə qarşı kobud aqressiya təkcə qeyri-etik davranışın təzahürü deyil, bu həm də bir şikayətçinin öz sağlamlığı naminə pul ödənişindən sonra qarşılaşdığı təkəbbür və qudurğanlıqdır…

Azərbaycanda “Pasiyentlərin hüquqları haqqında” konkret qanun hələ ki, qəbul olunmasa da, xəstələr zərər gördüyü halda məsələni Mülki Məcəllənin müddəalarına əsasən həll edə bilərlər: “Məlumdur ki, ölkəmizdə həkim xətalarını minimuma endirmək, zərərçəkənlərin daha yaxşı qorunması üçün pasiyentlərin hüquqları ilə bağlı yeni qanun qəbul olunmalıdır.

Gəncə Beynəlxalq Xəstəxanasının bəzi həkimləri Cəlil Məmmədquluzadənin işlətmiş olduğu məhşur “Danabaş” sözünü özlərinin tənqid olunduğu kimi düşünürlər.Cəlil Məmmədquluzadənin məlum əsərindən bəzi məqamları təqdim edirik:“Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. Hər ikimiz Danabaş kəndində anadan olmuşuq”. “Əhvalatlar”ın ilk cümlələridir. Özünü təqdim edərkən durub deyəsən ki, mən Danabaş “kəndi”nin sakiniyəm, zənnimizcə, bundan ağrılı “tanışlıq” formatı ola bilməz. Bu, dünya nəsrində bəlkə də ən faciəvi təqdimatdır.

“Kənd” heç də XIX əsrin sonlarının “kəndi” deyildir. Belə çıxır ki, Xəlillə Sadıqın babaları da burada doğulub – yüzillərin, minillərin “kəndi”dir. Ona görə də “Cəlil Məmmədquluzadə XIX əsr Azərbaycan kəndinin real mənzərəsini vermişdir” tezisinə yenidən baxmaq gərəkir, zira bu, dahi yazıçının nəhayətsiz təfəkkürürünü sosrealizm qəliblərinə salmaq cəhdindən başqa bir şey olmayacaq. Biz əgər mətnin ana materiyasından gələn səsi (“Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl etsə, çox sirlərdən agah olub, çox şeylər bilər”. Əsərin əvvəlində Sokratdan gətirilən sitat-epiqraf həm də Mirzə Cəlilin qəlbindən qopan sədalardır!) eşitsək, kəndin əsl adı belə alınar: “Danabaş Xudayarın kəndi”. Və ya Xudayarların. Çünki bizdə tarixən arxetipləşən bir nitq manerası vardır: Hər hansı bir məktəbi, kəndi, rayonu onu idarə edənin adı ilə adlandırmaq. Belə bir nitq iyerarxiyası həm də bizim etnopisxoloji “çəki”mizi ortaya qoyur. Şərq təfəkkürü, ümumiyyətlə, monarxik istiqamətə meyillidir. Bu gerçək rakursdan yanaşdıqda böyük yazıçının bilərəkdən əsərin adını simvolllaşdırması gün kimi aydın olur. Bəli, sözügedən “məkan” (kənd deməyə dilim gəlmir!) danabaşların toplaşdığı bir simvolik “yer”dir. Dahi Mirzə Cəlil Kərbəlayi İsmayılların qlavalara (danabaşa!), Xudayarların katdalara (danabaşa!!), Qasıməlilərin yasavullara (danabaşa!!!) çevrilməsinin “sadə” və faciəvi mexanizmni açıb qoyur ortaya.Nə isə…

“Danabaş” faciəsinin səbəbkarının videomüsahibəsini təqdim edirik:

Gəncə Beynəlxalq Xəstəxanasının rəhbərliyi yuxarıda qeyd etdiyimiz faktlarala bağı saytımıza göndərmiş olduğu açıqlamanı təqdim edirk:

“Hörmətli cənablar, İlk öncə məlumat üçün bildirmək istərdik ki, “Synergy Medical” Məhdud Məsuliyyətli Cəmiyyəti Prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti Mehriban xanım Əliyeva tərəfindən səhiyyə sahəsində aparılan uğurlu islahatlardan bəhrələnərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən 28 avqust 2015-ci il tarixli №086461 1423 qeydiyyat nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilən 15 yanvar 2016-cı il tarixli №087971 İSN/L-66/2016 qeydiyyat nömrəli “Özəl Tibbi Fəaliyyət”ilə məşğul olmaq hüququ verən lisenziyalarla, Gəncə şəhəri, H.Əliyev prospekti 60 D/E/F ünvanında yerləşən “Gəncə Beynəlxalq Xəstəxanası” adı ilə tibbin bir çox sahəsi üzrə fəaliyyətə başlamış və Azərbaycan Respublikası qanunvericiliyi əsa sında təsdiq olunmuş nizamnaməyə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Xəstəxanamız dünya təcrübəsində qəbul edilən “American Hospital” standartlarına cavab verən avadanlıqlarla təchiz edilmiş və beynəlxalq təcrübəyə malik tibbi personal heyəti ilə fəaliyyət göstərir. “Gəncə Beynəlxalq Xəstəxanası” adı altında səhiyyə sahəsində müasir dünya standartlarına cavab verməklə yanaşı, Azərbaycanın və Qafqazın ilk “JCİ – Joint Commission International” sertifikatına layiq bilinməyimiz tibb sahəsində istifadə etdiyi bütün təcrübəni və professionallığı özündə cəmləyən bir tibb müəssisəsi deməkdir. Müəssisə Azərbaycan Respublikasının bütün qanunlarına hörmət əsasında, özəl tibb fəaliyyətini həyata keçirir. Respublikamızın bütün bölgələrində yaşayan vətəndaşlara yüksək dərəcədə tibbi xidmət göstərməkdəyik. Eyni zamanda bildirilir ki, Vətən müharibəsi başlayan gündən (27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixinədək) “GBX”nı bütün həkim və tibb personalı ilə mülki vətəndaşların qəbulunu dayandırılmış, könüllü olaraq hərbi hospital rejiminə keçib Azərbaycan Respublikasının ərazilərinin azad olunmasında 400 yaxın ağır yaralanmış hərbi qulluqçuların əməliyyat və müalicə olunmasında yaxından iştirak etmişdir. Həkimlərimizin vətənpərvəliyi və peşakarlığı dövlət tərəfindən yüksək qiymətləndirilərək birneçə dəfə təltif olunmuşdur. Lakin bu kimi şəffav, yüksək keyfiyyəli xidmətə və xəstəxanamızın peşakar həkim və tibb heyəti barəsində 06 yanvar 2022 il tarixində “Gəncə Beynəlxalq Xəsətəxansında dərəbəylik – Həkim xəsətəni təhqir edib həm də…” şuarı altında Dünyanınsəsi.Az saytında dərc olunan məqalə bizim hüquqlarımızın pozulması ilə nəticələnmişdir. Həmin xəbər saytında dərc olunan yalan xəbər ilə bağlı tərəfimizdən təxirəsalınmaz daxili araşdırma aparılaraq, həkim və tibb personalının izahatları alınmış, daxili müşahidə kamera görüntülərinə baxış keçirilmişdir. Qeyd olunan məsələyə münasibətimiz odur ki, sözügedən məqalədə dərc olunan məsələ həqiqəti əks etdirmir, xəbər doğru deyil, 06.01.2022 il tarixdə “GBX”nın həkimləri tərəfindən Kəlbəcər rayon sakini Bəşirov Uğur Hüseyn oğluna qarşı hər hansı bir qeyri etik davranış nümayişi, vətəndaşın təhqir olunması, pasiyentin xəstəxanadan qovulması kimi hüquqazid hərəkətlər aşkar olunmamışdır. Bildirilir ki, 01.04.1968-ci il təvəllüdlü vətəndaş Uğur Hüseyn oğlu Bəşirov 06.01.2022 il tarixində səhər saat 09:27-də “GBX”na gələrək “kardioloji check-up” muayinəsindən keçmək üçün müvafiq qeydiyyatdan keçmiş, qan analizləri vermiş, sonra kardioqrama çəkdirmiş (oradada narazılığını bildirmiş) və daha sonra həkim-kardioloq Sənan Təhmazovun qəbuluna gəlmişdir. Qəbul otağında digər həkim Emil Əminov öz xəstəsini muayinə etdiyini görmüş və pasiyent U.H.Bəşirov həkimlərin növbədənkənar başqa şəxsləri qəbul etməsinə əsassız olaraq öz etirazını bildirib, bunu həkimlərə irad bildirərək, həkim və tibb personalına qarşı aqresiv şəkildə yüksək səslə qeyri etik davranış nümayiş etdirmişdir. Bundan sonra həkim S.Təhməzov pasiyentin ona qarşı artıq inamının olmamasını anlamış və bu səbəbdən pasiyenti müayinə etməkdən imtina etmiş və müvafiq ödənişin geri qaytarılması üçün ödənilən məbləği təsdiq edən qəbzə qeydini aparıb qəbzi köməkçisinə, o isə vətəndaş U.H.Bəşirova geri qaytarmışdır. Daha sonra vətəndaş xəstəxananın Baş həkimi Tural Əfəndiyevin qəbulunda olmuş, məsələyə aydınlıq gətirilmiş və heç bir insident və ya narazılıq olmadan tərəflərin qarşılıqlı razılaşması əsasında U.H.Bəşirov xəstəxandan getmişdir. Bildirilir ki, 06.01.2022 il tarixində ictimayiləşdirilən və Dünyanınsəsi.Az saytında dərc olunan məqalədə: 1. “Həkimlərin xəstə və xəstə yaxınları ilə davranışları bir çox hallarda heç bir tərbiyə çərçivəsinə sığmır” 2. “Əgər həkim hipokrat andına tüpürüb öz şəxsi marağını güdürsə” 3. “Gəncə Beynəlxalq Xəsətəxanasının bəzi “danabaş” həkimlərinin diqqətinə çatdırırq ki,” 4. “Əyninə ağ xalat geyinən Sənan Təhməzov kimilərdən nə sağlamlıq keşikçisi ola bilər ki,vətəndaşa tibbi xidmət göstərmək əvəzinə onu təhqir edir həm də xəstəxanadan qovur. Bu cür hərəkət sərgiləyən tibb işçisini nəyin ki, Gəncə Beynəlxalq Xəstəxanasının həm də dünya tibbinin üz qarası hesab etmək olar” şəklində qeyd olunan, həqiqəti özündə əks etdirməyən və heç bir sübuta əsaslanmayan, şər-böhtan və təhqir xarakterli ifadələrə görə, hüquqi dövlətdə fəaliyyət göstərən həm hüquqi şəxs olaraq, həm xəstəxana həkimləri tərəfindən təqsirkar şəxlər barəsində müvafiq qanunvericiliyin normalarının tələblərinə uyğun olaraq “şərəf və layəqəti alçaldan, iş nüfuzuna ləkə gətirən” yazılarla bağlı, xəstəxanaya və həkim heyətinə dəymiş mənəvi zərərin ödənilməsi və məsələyə hüquqi qiymət verilməsi üçün yaxın zamanda aidiyyəti üzrə hüquq muhafizə və məhkəmə orqanlarına müraciət olunacaqdır”.

Hörmətlə, “Synergy Medical” MMC-in Baş həkimi Tural Əfəndiyev

Dünyanınsəsi.Az saytı olaraq İnvaziv Kardioloqu DR. Sənan Təhməzov barəsində  “Tiktok” sosial şəbəkəsinin azərbaycan seqmentində yazılan şərhləri təqdim edirk:

Dünyanınsəsi.Az