Gəncə Baş Polis İdarəsindən UĞURLU ƏMƏLİYYAT- VİDEO

HADİSƏ Hit
Spread the love

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş “Emoş” ləqəbli Emil Rzayev idarə etdiyi avtomobillə birgə saxlanılıb.

Dünyanınsəsi.Az-a verilən  məlumata görə, E. Rzayevin idarə etdiyi avtomobilə baxış zamanı oradan naqan tipli odlu silah, onun üzərindən isə 1,16 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Bundan başqa, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları isə kriminal aləmin üzvü olan şəhər sakini, 43 yaşlı “İska” ləqəbli İsmayıl İrzayevi saxlayıb. İ. İrzayevin üzərinə baxış keçirilən zaman ondan 1,88 qram heroin aşkar edilərək götürülüb. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib. Baxış zamanı evdən narkotik vasitə ilə yanaşı odlu silah da aşkar edilib. Ömrünün 14 ilini dəmir barmaqlıqlar arasında keçirən və kriminal aləmdə “İska” ləqəbi ilə tanın İsmayıl İrzayev narkotik istifadəçisi olduğunu, həmin heroini də bir neçə ay əvvəl Bakı şəhərindən aldığını etiraf edib. İsmayıl İrzayevin üzərindən və evindən aşkarlanan narkotik vasitə ekspertizaya təqdim olunub.

Hazırda odlu silahdan hər hansı bir cinayət əməlində istifadə olunub olunmaması istiqamətində araşdırmalar davam etdirilir.

Sözügedən 01.02.2021-ci il tarixli  əməliyyatda Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları polis serjantı Rüstəmov Piran Oktay oğlu,  polis kapitanı Məmmədov Məcid Bayram oğlu və polis serjantı Əliyev Amil Vəzir oğlu iştirak etmişdirlər.

Faktlarla bağlı araşdırma aparılır.

Yaşar Verdiyev

Dünyanınsəsi.Az