Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi haqqında əvvəlcədən xəbərdarlıq etmişdir.
Azərbaycanın rayonlarında eləcədə Gədəbəy rayonunda qar yağması ilə əlaqədar nəqliyyat vasitələrinin təhlükəsiz gediş- gəlişinin tənzimlənməsi vəzifəsi bir qayda olaraq Yol idarələrinin üzərinə düşür.
Amma “Azəravtoyol” ASC-nin bu qurumuna köməklik məqsədi ilə eyni vəzifəni Gədəbəydə rayon polis şöbəsinin Yol Polis Bölməsinin əməkdaşlarıda xüsusi fəallıq göstəriblər.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkilini, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti bu cür xidmətlə həyata keçirən “Dağ” polisinin alqışa layiq olduğu videomaterialı təqdim edirik.