Gədəbəydə sərvəti milyonlarla ölçülən məmur-oliqarx kimdir?

Hit İQTİSADİYYAT
Spread the love

Gədəbəyin icra başçısının xanım müavininə sual..- Vəfa xanım, görəsən, Cəmil müəllim nədən narahatdır ?
Son illərdə icra başçılarının müavinlərindən birinin xanım olması özlüyündə müsbət haldır.
Və maraqlısı odur ki, xanım müavinlər əsasən humanitar sahələrə rəhbərlik edirlər.
Belə xanım müavinlərdən biri də Gədəbəy rayon icra hakimiyyəti başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Allahverdiyeva Vəfa Valeh qızıdır.
Biz xanımlarımızın yüksək vəzifələrdə təmsil olunmasını təqdir edirik. Amma…
Amması odur ki, xanımlar da kişi cinsindən olan məmurlara qoşulub rüşvət və korrupsiyaya bulaşanda, adamın könlü bulanır.
Bəli, Vəfa xanım vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özü üçün rayonda əməlli-başlı biznes şəbəkəsi qurub, az vaxtda böyük sərvətə və kapitala sahib olub.
Vəfa xanımın obyektləri Gədəbəydə adla deyilir, barmaqla göstərilir.
Bir sözlə, Vəfa xanım qanundan-zaddan qorxmur, elə bil şir ürəyi yeyib.
Amma Vəfa xanım nə qədər şir ürəyi yesə də, onun da bir həssas, çəkinən yeri var.
Atalar deyib ki, arifə(yə) bir işarə də bəsdir.
Vəfa xanımdan soruşmaq istəyirik ki, ay Vəfa xanım, görəsən Cəmil müəllim nədən narahatdır ?
Onun bu dərəcədə narahatçılığının səbəbi nədir ?
Vəfa xanıma, suallarımız çox olacaq. Bizi izləyin.


gundelik baki.com