Gədəbəy sakinləri DİN rəhbərliyinə Şikyət etdi – Polis zabiti anası ilə əlbir olaraq bizə qarşı “dələduzluq” edib

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Bu haqda Dünyanınsəsi.Az saytına Gədəbəy rayonun Parakənd kəndinin bir qurup sakinləri tərəfindən edilən Videoşikayətdə qeyd edilir.
Belə ki, 2021-ci il tarixdə Gəncə şəhər Baş polis İdarəsinin 2-ci şöbəsinin əməkdaşı polis baş leytenantı Toğrul Həsənov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimi olan Afət Həsən qızı Həsənova ilə əlbir olaraq Gədəbəy rayonun Parakənd kəndinin sakinlərinə ümummilikdə otuz min manat miqdarında ziyan vurulmasında ittiham edilirlər.
Şikayətçilər bildirilər ki, Afət Həsənova onların yaşadıqları Parakəndə gələrək bildirib ki, guya onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasında yaxın qohumu var.
Kim pensiya çıxmaq istəyirsə və kimin pensiyası kəsilibsə mən o , problemləri həll edib düzəldə bilərəm.
Gədəbəy sakinləridə bu xanımçığazın dediklərinə inanaraq mal-qaralarını sataraq yuxarıda qeyd etdiyimiz məbləği düzəldib ona verinlər.Hətta Afət Həsənova onlardan pulu alarkən Gəncə şəhər Baş polis İdarəsinin 2-ci şöbəsində işləyən oğlu polis baş leytenantı Toğrul Həsənovla da danışdırıb.
Polis zabiti isə onlara bildirib ki, heçnədən narahat olmayın anam bu cür məsələləri çox həll edib.Əgər işiniz alınmazsa pulunuzu məndən tələb edə bilərsiniz deyərək onlara ümid də verib.
Şikayətçilər deyirlər ki, Toğrul Həsənov hətta özünə məxsus olan mobil telfon nömrəsini də bizə verdi ki,nə lazım olsa onunla əlaqə saxlayaq. Artıq deyilən vaxtdan 1 il keçsədə nə polis zabiti nə də ki, anası nəyinki şikyətçilərin telfonlarını açır hətta onlara məxsus olan bütün mobil nömrələri blokla salıblar.
Sonda səbir kasaları daşmış olan Gədəbəy sakinləri mətbuat vasitəsi ilə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov cənablarından bu ana-bala cütlüyünün əməllərinə hüquqi qiymət verilməsi üçün qanunamüvafiq formada göstəriş verməsini xahiş edirlər.
Gədəbəy sakinlərinin Videoşikayətlərini təqdim edirik:

 

 

Redaksiya olaraq inanırıq ki, vətəndaşların etibarından sui-istifadə etməklə onlara maddi ziyan vurmuş şəxs və şəxslərin əməlləri hüquq mühavizə orqanları tərəfində araşdırılaraq hüquqi qiymət veriləcəkdir.

Dünyanınsəsi.Az
Şikayətçilərin siyahısını təqdim edirik:
1) Mustafayeva Nazlı Qiyas qızı
2) Bağırov Mübariz Xanoy oğlu
3) Mustafayeva Əntiqə Sərdar qızı
4) Həsənov Elman Hümmət oğlu
5) İsgəndərov Surxay Allahverdi oğlu

Gədəbəy sakinlərinin şikayəti dərhal nəzarətə götürüldü- AÇIQLAMA

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Məsələ Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyinin nəzarətinə götürülüb, müvafiq araşdırmalardan sonra əlavə məlumat veriləcək.

Gədəbəy sakinlərinin şikayətləri ilə bàģlı araşdırmalar başladı-RƏSMİ

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov:
Zərər çəkən şəxslər Gədəbəy rayon Polis Şöbəsinə dəvət olunub. Onlar üzləşdikləri problemlə bağlı ərizə veriblər. Artıq müvafiq araşdırmalar başlanılıb. Tezliklə hüquqi qiymət veriləcək