Füzulidə ağır qəza: Üç polis öldü, altısı yaralandı

HADİSƏ Hit
Spread the love

Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in üç əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan polis əməkdaşları xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.