“Film çəkilişi zamanı qadın operatoru güllələdi, rejissera da xəsarət yetirdi”

DÜNYA Əsas Manşet
Spread the love

ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər silahlı hadisə nəticəsində həlak olub, daha bir nəfər yaralanıb. Bu barədə KRQE telekanalı məlumat verir.

Məlumata görə, hadisə Nyu-Meksika ştatında “Rust” (“Pas”) vesterninin çəkilişləri zamanı qeydə alınıb. Bildirilir ki, hadisə tapançadan atəş vaxtı baş verib, hansı ki, boş patronlar tərəfindən doldurulmalı imiş. Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb və helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Hazırda ilmin çəkilişləri dayandırılıb.

Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki, atəşi elə aktyor Alek Bolduinin özü açıb. Hələlik aktyora qarşı ittiham irəli sürülməyib. Faktla bağlı araşdırma aparılır. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi istisna olunmur.