Fikrət Məmmədov məşhur rəisi işdən çıxardı

Hit ÖLKƏ
Spread the love

Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Nizami Quliyev təqaüdə göndərilib.

Məlumata görə, “Tubzon” kimi tanınan müəssisənin rəisi Nizami Quliyev 18 ildi ki, bu vəzifədə çalışırdı.
Onu da qeyd edək ki, Nizami Quliyev dövlət tərəfindən bir çox fəxri-fərmanlar, orden və medallarla təltif edilib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Mehman Sadıqov Yenisabah.az-a açıqlamasında Nizami Quliyevin 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsindən çıxarılmasını təsdiq etsə də, təqaüdə göndərilməsi ilə bağlı hər hansı bir əmrin olmadığını bildirdi/Yenisabah.az