Fikrət Hüseynlidən XİN rəhbəri Lavorvun “muzdlu” döyüşçü ittihamına cavab! – Avropa aeroportlarından İrəvana səfər edənlərin siyahısını araşdırın

Manşet QARABAĞ
Spread the love
Azərbaycana qarşı muzdlu döyüşçü ittihamı dünən RF XİN rəhbəri Sergey Lavrov tərəfindən də səsləndirildi.
Ermənilər və müdafiəçiləri hər vəhclə Qarabağda suriyalı muzdluların döyüşdüyünü isbat etməyə çalışırlar. Mənim indi yazacağım məlumat isə realdır. Həm də Paris və Brüssel aeroportlarından İrəvana səfər edənlərin siyahısını araşdırmaqla bunu təsdiq etmək çox asandır. Azərbaycan bununla bağlı Avropa Birliyi qarşısında məsələ qaldırmalıdır. Təbii ki, əgər, Azərbaycanın Avropa Birliyi nümayəndəliyindəki erməni əsilli şəxs(lər) buna imkan versələr…
Bildirirəm ki, Belçika və Fransadan hərbidə, xüsusi xidmət orqanlarında, NATO sistemində qulluq etmiş erməni əsilli, eyni zamanda təmiz fransız qanlı 300-ə yaxın mütəxəssis Ermənistana könüllü döyüşçü kimi gediblər. Onların bir çoxu səfər zamanı jurnalist, qeyri-hökumət təşkilatı işçisi kimi gediblər. Azərbaycan tərəfi Ermənistana humanitar yardım adı ilə gəlmiş təşkilatların təmsilçilərinin kimlik və fəaliyyətlərini araşdırsa, çoxlu faktlar əldə edəcəklər. Laçın dəhlizinin müdafiəsi üçün Belçikada yüksək vəzifə tutmuş erməni əsilli və fransız dilli bir rütbəli xüsusi xidmət zabiti bu günlərdə Parisdən İrəvana səfər edərkən Şarl De Qol hava limanında gərginlik yaşanıb. O, onun sənədlərini yoxlayıb, yüklərini araşdıran işçilərə belə sərt təpki göstərib.
Məlumatlar dəqiqdir. Bundan əlavə, Almaniya, İsveç, Norveç və sair vətəndaşlıqları olan onlarla erməni Qarabağda – Azərbaycan torpaqlarında Azərbaycana qarşı döyüşür. Bunlar faktlardır. Bu şəxslər həm də suriyalı kimi dağdan gəlməyiblər. Xüsusi təlim keçmiş, NATO sistemində çalışmış, xüsusi xidmət zabiti olan mütəxəssislərdir. Azərbaycan dövlət orqanlarını bunu araşdırmağa və Avropa İttifaqı, NATO qarşısında məsələ qaldırmağa səsləyirəm. Suriyada döyüşənlərin vətəndaşlığı ləğv edildiyi kimi, onların da vətəndaşlığı ləğv edilməlidir. Çünki onlar Avropa üçün də təhlükəlidirlər.
Dünyanınsəsi.AZ