“Ermənistanlıların qaçqın statusu və Ermənistan vətəndaşlığı tanınsın” – Bakıda online konfrans

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love
DünyanınSəsi.Az xəbər verir ki, Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi məlumat yayıb. Məlumat maraqlı bir prosesi və sensasional gedişatı ortaya çıxardır. Ona görə də həmin məlumatın mətnini təqdim edirik: 
“Bu gün QAQB Rəyasət Heyətinin növbəti onlayn toplantısı keçirildi. QAQB Rəyasət Heyyəti üzvlərinin “vatsap” qrupunda aparılan qeydiyyatı zamanı 51 nəfər QAQB RH üzvlərindən 38 nəfərin toplantıya qatıldığı məlum oldu. Toplantını QAQB sədri Rizvan Talıbov fb profilindən canlı yayımla açaraq, toplantının gündəliyi haqqında məlumat verdi. Çıxışçı gündəliyin birinci bəndinə uyğun olaraq, Ermənistandakı tarixi yurdlarından 1988-1991-ci illərdə zorakılıqla qovulmuş azərbaycanlı əhalinin sonradan naməlum səbəbdən ləğv edilmiş “qaçqın” statuslarının ləğv olunması məsələsinə geniş şərh verdi. Bildirdi ki, bu kateqoriyadan olan 500000-ə (beş yüz min) yaxın soydaşımızın “qaçqın” statuslarının müəmmalı şəkildə, qanuni əsaslar olmadan, ləğv edilməsi milli və dövlətçilik maraqlarının ziyanına olmuşdur. Beləki, məlum hadisələr zamanı mülklərini Ermənistan qaçqınlarına yüksək pul muqabilində sataraq, Azərbaycandan köçüb getmiş erməni əsilli insanlar, məskunlaşdıqları Ermənistanda, Dağlıq Qarabağda və müxtəlif xarici ölkələrdə hələ də “qaçqın” statusunda qalmaqda davam edirlər. Bu fakt gələcəkdə Azərbaycan dövləti üçün ciddi problemlər yaradacaq! Həmin kateqoriyadan olan ermənilər Azərbaycana geri qayıtmaq hüquqlarından istifadə etməklə, Azərbaycan dövlətinə qarşı on milyardlarla dollarlıq təzminat davaları açacaqlar! Bu riskləri önləmək üçün Azərbaycan tərəfi mütləq şəkildə Ermənistan qaçqınlarının əsassız və qanunsuz olaraq ləğv olunmuş “qaçqın” statuslarının bərpası istiqamətində zəruri addımlar atılmalıdır. Sədr bu məsələ ətrafında QAQB olaraq aidiyyatlı dövlət orqanlarına təkliflərini göndərdiklərini bildirdi. Bu təkliflərdən biri, ən optimal hesab oluna biləcək variantı, Ermənistan qaçqınları kateqoriyasına aid olan şəxslərin ikili vətəndaşlıq haqqlarının tanınması ola bilər. Beləki, həmin kateqoriyadan olan insanlar Azərbaycan vətəndaşları olmaqla yanaşı, əhalidən yığılmış Ermənistan SSR pasportlarına, yaxud Ermənistan SSR-də verilmiş, doğum haqqında şəhadətnamələrinə istinad edilərək, eyni zamanda Ermənistanın vətəndaşlığının tanınması ola bilər. Bu halda həmin kateqoriyadan olan vətəndaşlarımızın haqqları bərpa olunar, onların tarixi yurdlarına qayıdışlarının təmin olunması üçün zəruri hüquqi addımlar atmaq imkanı əldə edərik: həm də, məlum hadisələr zamanı erməni qəsbkarları tərəfindən əllərindən əvəzsiz olaraq alınmış, dəyəri on milyard dollarla ölçülən şəxsi əmlaklarının əvəzinin ödənilməsini təmin etmək üçün Avropa İnsan Haqları məhkəməsinə müraciət etmək hüququ əldə etmiş olarıq!Ona görə də Birlik olaraq bu məsələnin sona qədər üzərinə getməliyik! Sədr, gündəlikdəki ikinci məsələ, təşkilat məsələləri ətrafında danışaraq bildirdi ki, QAQB-nin davamlı və səmərəli fəaliyyəti nəticəsində, soydaşlarımızın tarixi yurdlarımıza yenidən sahib çıxmaq ümidləri yaranıb, QAQB-yə etmadları yüksəlib. Beləki, son həftələr ərzində Birliyimizin fəaliyyətinə töhvə vermək istəyən, QAQB-nin strukturlarında təmsil olunmaq arzularını bildirən ziyalıların sayının artdığını, bu istiqamətdə zəruri qərarların verilməsinin vacibliyini toplantı iştirakçılarının diqqətinə çatdırdı.
QAQB Rəyasət Heyəti üzvləri “vatsap” qrupu üzərindən gündəlikdəki məsələlər və QAQB sədrinin fikirlərinə münasibət bildirdilər. Toplantının yekununda:
1.QAQB-nin Ermənistan qaçqınlarının qanuni əsaslar olmadan ləğv edilmiş, “qaçqın” statuslarının hansısa bir formada yenidən bərpa olunması üçün QAQB tərəfindən zəruri işlərin daha da intensiv şəkildə davam etdirilməsi, bu məsələnin yenidən aidiyyatlı dövlət orqanları qarşısında qaldırmaq üçün yenidən həmin dövlət orqanlarına müraciətlərin olunması qərara alındı.
2.Birliyə yeni üzv olmuş aktiv ziyalıların QAQB strukturlarında təmsil olunmaları təmin edilsin”.
Bundan sonra bir sıra soydaşlarımızın QAQB Ali Məclisinə üzvlükləri yekdilliklə təsdiq olunub.
DünyanınSəsi.Az
 
Dünyanınsəsi.Az