“Ermənistanın “Vətən” partiyasının könülləri Qarabağa gəlib – “Yaman nişangaha gəlir ha!..”

Hit QARABAĞ
Spread the love

 

“Ermənistanın “Vətən” partiyasının könüllülərindən ibarət bir dəstə artıq Qarabağa gəlib”. 
 
Dünyanınsəsi.Az xəbər verir ki, bu barədə işğalçı ölkənin “Hraparak” qəzeti yazıb.
Məlumata görə, dəstəyə Qarabağda müharibə başlamamışdan öncə Rusiyanın bəzi hakim dairələrinin Paşinyanın yerinə iqtidara gətirməyə çalışdığı deyilən Ermənistan milli təhlükəsizlik xidmətini keçmiş rəhbəri general Artur Vanetsyan özü komandirlik edir.
“A.Vanetsyan sürpriz bir hücum halında hamısının düşmənin hədəfinə çevrilə bilməməsi üçün əvvəlcədən könüllüləri bir neçə qrupa bölüb.  Dəstə tam silahlanmış vəziyyətdədir və geyimdən qidaya qədər hər şeylə təmin edilib. Bütün könüllülər Azərbaycan ordusunun onların yerini müəyyən edə bilməmələri məqsədilə mobil telefonlarını Ermənistanda qoyub gəliblər”- erməni qəzeti belə yazır.
Xatırladaq ki,  A.Vanetsyan 2019-cu ilin yanvarında MTX direkroru kimi Azərbaycanın işğal altındakı Arazboyu ərazilərinə gəlmiş və həmin torpaqların ermənilərlə məskunlaşdırılmasının, burada böyük bir şəhər salınmasının vacibliyini vurğulamışdı…
P.S. Hanı bəs sən Arazboyunda şəhər salırdın? Nə oldu?..
 
P.P.S. Tezliklə Azərbaycan ordusu digər terrorçu generallar kimi bunun da başını əzər. Yaman nişangaha gəlir, ha!..
Sultan Laçın