Ermənistanın ədliyyə naziri də istefaya göndərildi

HADİSƏ Hit
Spread the love

Ermənistan hökumətində istefalar davam edir. Ədliyyə naziri Rüstəm Badasyan da istefaya göndərilib.

Bu barədə erməni KİV-ləri yazır.

Onun yerinə sabiq polis rəisi Ovanes Koçaryanın təyin olunması nəzərdə tutulsa da, o, bu vəzifədən imtina edib.

R.Badasyan nazir vəzifəsinə 2019-cu ilin iyununda təyin olunmuşdu.

Qeyd edək ki, ötən gün elm, təhsil, mədəniyyət və idman naziri Araik Arutyunyan istefaya göndərilmişdi. Daha əvvəl isə müdafiə naziri, xarici işlər naziri istefa vermişdi.