Ermənistandan rəsmi etiraf: əsgər çatışmır

Hit QALMAQAL
Spread the love

Ermənistan öz əsgərlərinin böyük qismini Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə göndərib.

Dünyanınsəsi.az xəbər verir ki, qoşunların məcburi Qarabağa yeridilməsindən sonra Ermənistanın özündəki hərbi hissələrdə şəxsi heyət çatışmazlığı yaranıb. Ən böyük problem isə peşəkar kadrlarla bağlıdır. Belə ki, zabitlərin böyük qismini Qarabağa yerləşdirilməsindən sonra Ermənistanın öz ərazisindəki hərbi hissələrdə bəzi texnikaların işə salınması ilə bağlı ciddi kadr çatışmazlığı yaranıb.

Bu məsələni dolayısı yolla Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib. Ölkədəki bütün hərbi hissələrin tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayan rəsmi İrəvanın mövcud şəxsi heyətin hamısının işğaldakı rayonlara yerləşdirildiyini bildirib. Nazirlik şəxsi heyət çatışmazlığını könüllülər hesabına təmin etdiyini və bunun üçün “Yerkrap” (Veteranlar birliyi), eləcə də yerli özünüidarəetmə orqanları ilə çalışdığını vurğulayıb.