Ermənistanda Gürcüstan səfirliyinin avtomobili qarət edilib

DÜNYA Manşet
Spread the love
Gürcüstanın Ermənistandakı səfirliyinin avtomobili qarət edilib.
“DunyaninSesi”-nin  xəbərinə görə, bu barədə “Shamshyan.com” saytı  məlumat yayıb.
“Mercedes” markalı “14 D 001 AM” diplomatik nömrə nişanlı avtomobil dekabrın 13-dən 14-nə keçən gecə İrəvanın Tumanyan küçəsində park edilib. Oğrular gecə avtomobilin bahalı yan şüşələrini söküblər.
Hadisə ilə bağlı Ermənistan polisi və Gürcüstan səfirliyi açıqlama verməyib.
DunyaninSesi,AZ