ERMƏNİSTANDA “BAYRAKTAR” PANİKASI – Şuşan Stepanyan yenə erməniləri sakitləşdirir

Hit QALMAQAL
Spread the love

Onsuz da isterika içərisində olan Ermənistanı bir tərəfdən də İrəvan səmasının “Bayraktar” PUA-ları tərəfindən nəzarətə götürüldüyünə dair xəbər panikaya salıb.

“Dünyanınsəsi.info” xəbər verir ki, tanınmış erməni politoloq Edqar Elbakyanın Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayımlanan açıqlaması əhali arasında böyük ajiotaja və panikaya səbəb olub.

Politoloq deyib ki, artıq bütün dünyada məşhurlaşan Türkiyənin “Bayraktar” PUA-ları bu gün İrəvan səmasında görünüb: “Deyirəm ki, biləsiniz – bu gün İrəvan səmasında “Bayraktar” uçurdu. Bunu xüsusi olaraq, “biz özümüz Ermənistanı xilas etdik” tezisini sevənlərə çatdırın. Sırada beynəlxalq birlik tərəfindən Azərbaycanın anklavı kimi tanınan Sofulu, Bərxudarlı və Əskiparana aparan yolun keçdiyi Tiqranaşen (Kərki-red.) gəlir. Deməyin ki, xəbərdarlıq etmədim. Qoşunların Qarabağdan çıxarılmasından sonra sıra onlara çatacaq.”

Göründüyü kimi, burada söhbət Qazax rayonunun işğaldan azad edilməli olan ərazisindən gedir.

Ermənilər E.Elbakyanın “Bayraktar” xəbərdarlığından necə təşvişə düşüblərsə, artıq hamımızın yaxşı tanıdığı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bununla bağlı açıqlama verməli olub. O, bu şayiələri yayanların cəzalandırılması üçün təhlükəsizlik orqanlarına müraciət etdiklərini deyib. Ş.Stepanyan bildirib ki, Ermənistan səması Rusiya və erməni havadan müdafiə qüvvələri tərəfindən qorunur. Ancaq müharibə dövründə bu xanımın və ümumiyyətlə, Ermənistan hərbi rəhbərliyinin yalanlarının ifşa olunduğunu görən ermənilər Stepanyanın bu cavabına da şübhə ilə yanaşırlar.

Dünyanınsəsi.Az