Ermənistan yenə odla oynayır – Bakı Zəngəzur məsələsini beynəlxalq gündəmə daşıya bilər

Hit SİYASƏT
Spread the love

Kapitulyasiya edən tərəf üçün gerisayım bitir; İrəvan ərazi bütövlüyümüzü tanımaq zorunda; 20 iyun seçkiləri də erməni xalqını fəlakətdən qurtarmayacaq, əgər…

Azərbaycan Prezidentinin ardınca xarici işlər nazirimiz Ceyhun Bayramov da Ermənistanla sülh müqaviləsinin əsas şərtini bəyan elədi. Srağagün Vyanada ATƏT Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı Azərbaycan XİN rəhbəri böyük sülh sazişinin yalnız iki ölkənin bir-birinin ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz tanıyacağı halında mümkün olduğunu söylədi.

Neçə həftədir ölkəmizə qarşı siyasi-diplomatik isterikanı davam etdirən, guya hərbçilərimizin Ermənistan ərazisinə girdiyi, hətta erməni əsgərlərini qətlə yetirdiyi barədə növbəti cəfəngiyyat və yalanlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa, onu ölkəmiz əleyhinə qaldırmağa çalışan rəsmi İrəvan beləcə, bir daha fakt qarşısında qoyuldu. Özü də nüfuzlu təşkilatlardan olan ATƏT-in mötəbər toplantısında. Yəni məntiqlə əgər öz ərazi bütövlüyünüz sarıdan, Zəngəzur (Sünik) sarıdan bunca narahatsınızsa, o zaman gəlin BMT səviyyəsində tanınmış sərhədlər çərçivəsində bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıyaq. Bakı buna çoxdan hazırdır. Bəs İrəvan?

*****

Oxu.az - Təmas xəttində erməni təxribatının qarşısı alındı

Məsələ də ondadır, “erməni xəstəliyi” o qədər dərinə işləyib, o qədər “residiv” verib ki, Ermənistan rəhbərliyi ölkəmizə qarşı əsassız torpaq iddiasından rəsmən imtina edə bilmir. Qorxur, xoflanır və bunu “nizamlanmamış Dağlıq Qarabağ münaqişəsi” ilə əlaqələndirir – necə ki, Ermənistan XİN sözçüsü Anna Naqdalyan o gün elə bu cür də bəyan eləmişdi.

“Nizamlanma” isə sırf erməni tərəfinin istədiyi kimi – “artsax xalqı”na “öz müqəddəratını təyinetmə haqqının tanınması” əsasında olmalı imiş. Başqa sözlə, biz 44 günlük zəfər savaşından, konflikt bitəndən sonra da torpaqlarımızda ikinci qondarma erməni “dövləti”nin qurulacağı ilə bağlı ermənilərə vəd verməli imişik! Kapitulyasiyaya imza atan tərəfin qalib tərəfə bu şərti gerçəkdən də heyrətamizdir. Eyni zamanda sərhəd tanımayan erməni sırtıqlığının, “erməni xəstəliyi”nin növbəti parlaq təzahürüdür.

ATƏT-də kadr təyinatları » AzadSəs

Qısası, yenə də ərazi iddiası məsələsi. Bu da bölgədə hansı ölkənin sülhə real təhlükə və təhdid yaratmağa davam etdiyini bir daha, çılpaqlığı ilə ortaya qoyur. İndi artıq ATƏT-də də buna əyani şahid oldular ki, Ermənistanın Azərbaycanla bitməyən davası heç də hansısa “milli azlığın” hüquqları uğrunda yox, məhz bizdən ərazi qoparmaq uğurundadır.

Hələ harasıdır, məgər ATƏT onun üzvü olan Ermənistanın hazırkı konstitusiyasında və gerbində (Ağrı dağı) Türkiyəyə də ərazi iddiasının əksini tapdığından bixəbərdir? Əsla. Odur ki, bütün beynəlxalq tələblər və iradlar İrəvana yönəlməlidir. Əgər Ermənistan səmimi şəkildə regionda blokada və müharibə təhdidi altında yox, dinc-yanaşı, sülh içində yaşamaq və inkişaf eləmək istəyirsə, o zaman buyursun Azərbaycana da, qardaş ölkəyə qarşı da ərazi iddiasına rəsmən son qoysun, götürdüyü beynəlxalq öhdəliklərə sayğılı olan normal dövlət kimi özünü aparsın, nəinki reket kimi, terrorçu-ölkə kimi…

*****

Bu arada Rusiya baş nazirinin müavini, 11 yanvar 2021-ci tarixli üçtərəfli Moskva anlaşması əsasında yaradılmış işçi qrupunun həmsədri Aleksey Overçuk Ermənistanı sağlam düşüncəni rəhbər tutmağa və Cənubi Qafqazda nəqliyyat yollarının açılmasına başlamağa çağırıb.

“Biz hamımız çox gözləyirik və ümid edirik ki, burada sağlam düşüncə üstünlük təşkil edəcək və biz tezliklə Zaqafqaziya regionunda nəqliyyat yollarının açılmasına başlaya biləcəyik”, – deyə Overçuk vurğulayıb.

Onun sözlərinə görə, indiki reallıqlarda regionda nəqliyyat infrastrukturunun inkişafı həmişəkindən daha vacibdir. Rusiya rəsmisi onu da bildirib ki, hazırda bütün regionun inkişafı üçün – həm iqtisadiyyat, həm də nəqliyyatın inkişafı baxımından tamamilə yeni şərait yaranıb. “Bu, Ermənistanın iqtisadi potensialının açılması, Avrasiya inteqrasiyamızı tam şəkildə reallaşdırmaq üçün unikal, gözəl şərait yarada bilər”, – deyə o əlavə edib.

*****

Bundan ötrü yeganə şərt, ilk addım isə Ermənistanın nəhayət, axırıncı daşları da öz ətəyindən tökməsidir. Fərq eləməz, iqtidarda Nikol Paşinyan olsun, ya seçkilərlə hakimiyyətə gələcək digər erməni rəhbəri. Rəsmi İrəvan buna getmək zorundadır. Əks halda, onun olan-qalan dövlətçiliyi də böyük sual altına düşəcək. Çünki ərazi bütövlüyünü tanıma məsələsi “hər iki tərəfi kəsən qılınc” təkidir: sən qonşunun ərazi bütövlüyünü tanımazsan, o da səni tanımaz.

Bu xüsusda Ermənistan siyasətçiləri gərək unutmasın ki, indiki Azərbaycan Respublikası Azərbaycan SSR-in yox, Azərbaycan Demokratik Respublikasının (1918-20) hüquqi varisidir. Yəni İrəvanın günahı üzündən sülh müqaviləsi, qarşılıqlı tanınma tezliklə reallaşmasa, bizim ən azından qədim Türk yurdu Zəngəzura ərazi iddiamız bütün ciddiliyi ilə beynəlxalq gündəmə gətirilə bilər. Ermənilər də yaxşı bilir ki, həmin ərazi məhz SSRİ tərkibində, Azərbaycan xalqının iradəsinə zidd olaraq Ermənistana bağışlanıb…

*****

“Ermənistanın Azərbaycanla mübarizəni dayandırması lazımdır. Sülh müqaviləsinin bağlanması erməni cəmiyyətini bu hədəfə ciddi şəkildə yaxınlaşdıracaq”,

“Yeni Müsavat” xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Petrov Vesti.az-a açıqlamsında bildirib.

Andrey Petrov: Sərhədlərin açılması Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək - İki sahil

Andrey Petrov 

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması İrəvanın Qarabağ müharibəsində təslim olmasından dərhal sonra təcili bir ehtiyac kimi yaranıb. Müharibə faktiki bitib. İndi hər iki tərəfi bir-biri ilə barışıq içində yaşamağı zəruri edəcək sənəd imzalamaqla onu həm də de-yüre keçmişə göndərmək lazımdır. Bu, ən əvvəla, hər hansı revanş cəhdi halında minimum şəkildə Ermənistanın beynəlxalq məsuliyyətdən qaçmamasına zəmanət üçün lazımdır”, – deyə o qeyd edib.

Ekspert deyib: “Ermənistan döyüş meydanında məğlub olub, ordusu darmadağın edilib, ali baş komandanı təslim olub. Bununla belə, onun daxilindəki, həm də diaspordakı erməni elitalar hələ də uzaq gedən yeni müharibə planları qurur. Halbuki açıq-aşkardır ki, nə indi, nə də 5-10 il sonra İrəvan hərbi anlamda Azərbaycana qarşı heç nə edə bilməyəcək. Ermənistan Azərbaycana qarşı istənilən ərazi, siyasi, mədəni və digər iddialardan imtina etməli, bölgədə sülhün və sabitliyin qorunması üçün öhdəliklər götürməli və ardıcıl olaraq, onları yerinə yetirməlidir. Ən əsası, Azərbaycan dövlətini və Azərbaycan xalqını özünün düşməni saymamalıdır”.

Politoloqun sözlərinə görə, imzalanacaq sülh sənədinin mərkəzi bəndlərindən biri iki respublikanın bir-birinin ərazi bütövlüyünü tanıması haqda olacaq. “Bununla da İrəvanın Qarabağ separatizminə dəstəyi yuridik baxımdan da bitəcək. Ermənistan hakimiyyət orqanlarının xarici siyasətdəki son aqressiv anti-Azərbaycan elementlərini aradan qaldırması isə bölgədə nəqliyyat əlaqələrini daha sürətli açmağa və daha təhlükəsiz hala gətirməyə imkan verəcək. Cənubi Qafqazda sülh məhz indi lazımdır”, – rusiyalı analitik fikrini tamamlayıb.

Beləcə, seçim Ermənistanındır. Kapitulyasiya edən tərəf üçün gerisayım bitir…

Siyasət şöbəsi,

“Dünyanınsəsi.Az”