Ermənistan üçün hücum ordusu qurmaq planları – “Qarabağ klanı” təzədən dirildilir?

Əsas Manşet QARABAĞ
Spread the love

Ermənilər hələ də hərblə sülh arasında var-gəl edir; kapitulyasiyaya uğrayan ölkəni təzədən hərbiləşdirmək Rusiyaya gərəkdirmi?..

Ermənistanda 20 iyuna təyin edilən erkən parlament seçkiləri sözsüz ki, Azərbaycan və Türkiyənin də diqqət mərkəzindədir. Ən azı o səbəbə ki, postmüharibə, postkapitulyasiya dövrünə təsadüf edəcək ilk böyük seçkilər kimi növbədənkənar parlament seçkiləri qonşu ölkədə hərbi revanş məsələsinə, Azərbaycan və Türkiyəyə münasibəti xeyli dərəcədə legitimləşdirmiş olacaq. Bu ölkənin hansı istiqamətdə getmək istədiyinə aydınlıq gətirəcək.

Yəni erməni elektoratı təkcə namizədlər arasında yox, hər şeydən öncə hərb və sülh arasında qəti seçim eləməlidir. Ermənistanın özündə artıq 5 aydır siyasi mübarizə parlamentdəki deputat yerlərindən daha çox elə məğlub xalqa özlərinin “yol xəritəsi”nə sırımaq uğrunda gedir. Başqa sözlə, bu mübarizə hələ 10 noyabrdan – İrəvan kapitulyasiya sənədini imzalayandan başlayıb.

Ermənistandan gələn məlumatlara görə, indi ən çox daşnak-revanşist çevrələr, onlar arasında isə “Qarabağ klanı” və onun odiaz təmsilçisi, sabiq prezident, Xocalı hərbi canisi Robert Köçəryan həşirdədir. Köçəryanın getdikcə artan siyasi hərəkətlənməsi, yerli və xarici mediaya verdiyi müsahibə və açıqlamalar, iki gün öncə isə İrəvan məhkəməsində tam bəraət alması belə bir qənaətə gəlməyə əsas verir ki, baş nazir Nikol Paşinyana əsas alternativ rolunda məhz o, özünü görür.

Kreml: "İŞİD liderinin öldürülməsi təsdiqini taparsa..."

Lakin istək ayrı, reallıqlar – ayrı. Məsələ ondadır ki, ənənəvi olaraq Ermənistandakı seçkilərə, seçicilərin ovqatına və mövqeyinə Rusiya (“superseçici)” amili ciddi təsir göstərir. Rəsmi Moskva isə müharibə sonrakı həssas durumu nəzərə alaraq, hələlik açıq şəkildə prosesə müdaxilə eləmək, hansısa iddiaçını seçmək həvəsində görünmür. Kreml onun da fərqindədir ki, rəy sorğuları Paşinyanın reytinqinin düşməsinə rəğmən, onun opponentlərdən, o sırada R.Köçəryandan yüksək olduğunu təsdiqləyib. Nikol isə bu dəqiqə Moskvanı qane edən ən optimal fiqur, rəhbər qismindədir.

Bu xüsusda istisna deyil ki, Putin özünə yaxın dost saydığı Köçəryana yalnız bu tövsiyəni verib: “Bacarırsansa, get seçkini ud”. Bu da elə Moskvanın ona münasibətdə seçki kontekstində neytrallığı, obrazlı ifadə eləsək, “tısbağanı” (Köçəryanı) arxası üstdə qoymaq anlamına gəlir. Hər halda, bu günə situasiya belə görünür. Çünki Kreml üçün qat-qat önəmli olan Ermənistanda kimin hakimiyyətdə olması yox, əldə olunan üçtərəfli anlaşmaları kimin daha effektiv və məsuliyyətlə yerinə yetirəcəyidir. Bu rola isə hələlik Nikol Paşinyan daha çox uyğun gəlir.

*****

Lakin rusiyalı tarixçi və siyasi-hərbi ekspert Oleq Kuznetsova görə, Köçəryan hakimiyyətə gəlsə də, gəlməsə də, ölkənin rəhbərliyi revanşist fikirlərdən əl çəkməyəcək. “Düşünürəm ki, uzunmüddətli perspektivdə növbəti müharibəyə hazırlıq Ermənistanın dövlət siyasətinin bir elementi olacaq”, – deyə o qeyd edib.

Ermənistanda siyasi EHTİRASLAR– Qarabağ klanı Paşinyana əks-həmləyə keçdi -  Modern.Az Azərbaycan və dünya xəbərləri

Köçəryanın seçki şanslarına gəlincə, analitik hesab edir ki, Ermənistan vətəndaşlarının millətçi düşüncəli hissəsində onun fikirləri populyar olsa da, çətin ki, o, yenidən iqtidara yiyələnsin. “Bu, heç bir perspektivi olmayan, tamamilə ”istifadə edilmiş” oyunçudur. Onun Rusiya TV-nə son müsahibəsi də daxil, bütün media komponenti keçən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın siyasətinə dəstək verən Rusiya diasporunun məlum hissəsi tərəfindən maliyyələşdirilir”, – Kuznetsov əlavə edib.

Öz növbəsində digər rusiyalı siyasətçi-jurnalist və ictimai xadim Maksim Şevçenko Köçəryanın Rusiya telekanalına (Poznerə) verdiyi müsahibədə maraqlı bir detala diqqət yönəldib. “Mənim diqqətimi onun Ermənistan dövləti və ordusu ilə bağlı sözləri çəkdi. Deyib ki, ”hazırkı vəziyyətdə revanş barədə düşünmək ağılsızlıq olardı”. Belə çıxır ki, qisasın mümkünlüyünün düşünülə biləcəyi başqa bir vəziyyət yarana bilər. Yəni Köçəryan özü-özlüyündə intiqam ehtimalını istisna etmir. Köçəryan etiraf edir ki, hazırda ordu məğlub durumdadır və Ermənistan döyüşə bilməz. Lakin buradan çıxan qənaət odur ki, Ermənistanın yenidən silahlandırılacağı təqdirdə hər şey dəyişə bilər. Əgər o, “revanşizmdən imtina etməyə və Azərbaycanla dinc, normal münasibətlər qurmağa başlamağa hazırıq” kimi bir şey desəydi, bu, həqiqətən konstruktiv ifadə olardı. Ancaq Poznerlə söhbətində Köçəryan yalnızca bunu vurğuladı ki, indi Ermənistanın gücü, sadəcə, yoxdur. Bu, tamamilə revanşist bir bəyanatdır “, – deyə Şevçenko vurğulayıb.

Küçə”yə qarşı silah və pul – “Qarabağ klanı” iş başında – Yenicag.Az

Onun sözlərinə görə, Robert Köçəryanın hakimiyyətə gələcəyi təqdirdə Ermənistanın yeni hərbiləşdirilməsi gözlənilir: “Dövlət rəhbərlərinin revanşizmi isə bölgənin təhlükəsizliyi üçün bir riskdir. Köçəryan özü də ordunun təzədən qurulması, modernləşdirilməsi və yeni müasir silahların alınması ilə məşğul olacağını söylədi. Bütün bunlar yenidən müharibəyə başlamaq naminədir. Sülhə meylli olan birisi belə şey söyləməz”.

*****

Aydındır ki, “Qarabağ klanı”, lap elə Paşinyanın özü silahlanma məsələsində əsas ümidi Rusiyaya bağlayıb. İstisna deyil ki, Moskva darmadağın olmuş erməni ordusunun “təzədən yığılması” və nankor ermənilərin gözündə itirilmiş imicini bərpa eləmək üçün nələrsə eləsin, buna müəyyən mənada söz də verilib – ən azı, Rusiya müdafiə naziri Sergey Şoyqu səviyyəsində. Ancaq bahalı müasir ordu quruculuğu üçün böyük maliyyə xərcləri və uzun zaman lazım olmaqla yanaşı, krtik bir sual özünə cavab tələb edir: Rusiya gerçəkdənmi Ermənistana hücum ordusu qurulmasına kömək edəcək, yoxsa bu, sırf müdafiə qüvvələri olacaq? Ümumiyyətlə, acından ölən, SSRİ dağılandan bəri sərhədlərini rusların qoruduğu və heç kimin ərazisinə göz dikmədiyi Ermənistanın silahlı qüvvələr nəyinə gərək?

Cavabı yəqin ki, uzağı, 20 iyun parlament seçkilərindən sonra biləcəyik. Nə vaxt ki, erməni toplumu hərb, yoxsa sülh seçimi ilə bağlı qərarını öz səsi ilə təsdiqləyəcək. Elə bölgədə yeni müharibədə maraqlı olmadığını bəyan edən Moskvanın mövqeyi də onda dəqiqləşəcək…

Dünyanınsəsi.Az