ERMƏNİSTAN PREZİDENTİ BAKIDA OLUB? – Armen Sarkisyan rəsmi bəyanatla çıxış edib

HADİSƏ Hit
Spread the love

Ermənistanda siyasi gərginlik, qarşılıqlı ittihamlar, kompramat savaşı və s. pik həddə çatıb. Artıq erməni mətbuatında tərəflərin bir-birinə qarşı ağlasığmaz ittiham və iradlarına rast gəlinir.

“Dünyanınsəsi.info” xəbər verir ki, Ermənistan Prezidenti Armen Sarkisyan mətbuatda onun “Bakıya səfəri” barədə yayılan məlumatları rəsmən təkzib etmək məcburiyyətində qalıb. Belə ki, “İravnuk” qəzeti Makedoniyanın Ermənistandakı fəxri konsulu vəzifəsini daşıyan Araik Sarkisyana istinadla Ermənistan Prezidenti Armen Sarkisyanın ötən il noyabrın 17-də, yəni müharibənin bitməsindən bir həftə sonra Bakıya gizli səfər etdiyini yazıb. Fəxri konsul deyib: “Prezidentdən soruşun ki, noyabrın 17-də Bakıda nə edirdi?”

Bu iddia Ermənistanda böyük səs-küyə səbəb olduğundan Prezident Administrasiyası rəsmi bəyanatla çıxış etməli olub. Bəyanatda deyilir ki, Prezidentin Bakıya səfəri barədə deyilənlər yalan və dezinformasiyadır: “Prezident nə həmin gün, nə də hansısa başqa bir gün Bakıda olmayıb. Bu, açıq yalan və dezinformasiyadır.”

Bəyanatda əlavə olaraq qeyd edilir ki, noyabrın 17-də, Ermənistan Prezidenti Kanadanın bu ölkədəki yeni səfirinin etimadnaməsini qəbul edib.

Ancaq hər necə olsa, Ermənistanda fəxri konsulun dediklərini ciddi qəbul edənlər az deyil. Onların fikrincə, fəxri konsul səviyyəsində səsləndirilən bu məlumat “havadan götürülə bilməzdi”…

Misir

Dünyanınsəsi.Az