ERMƏNİSTAN KAPİTULYASİYAYA RAZI OLDU! – Yaxın saatlarda sənəd imzalanacağı gözlənilir

Əsas Manşet QARABAĞ
Spread the love

Ermənistanın yaxın saatlarda kapitulyasiya sənədini imzalayacağı gözlənilir. Bu barədə “Caliber” “Telegram” kanalı etibarlı mənbələrə istinadən məlumat yayıb.

Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi ümumilikdə sentyabrın 27-dən başlanmış müharibənin aqibətini həll etdi. Bundan dərhal sonra bir gündə 72 yaşayış məntəqəsinin və səkkiz strateji yüksəkliyin azad olunması Ermənistan tərəfinin ağ bayraq qaldırmasına səbəb oldu.

Etibarlı mənbələrdən əldə etdiyimiz xəbərə görə, Şuşa məğlubiyyətindən sonra Nikol Paşinyan Azərbaycan Prezidentinin tələblərini qəbul etmək məcburiyyətində qalaraq kapitulyasiya elan etməyə hazırlaşır.

Məlumata görə, yaxın saatlarda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə video-konfransın təşkil olunacağı və kapitulyasiyanın şərtlərinin razılaşdırılacağı, razılaşma sənədinin imzalanacağı gözlənilir.

İmzalanacaq sənəd cəbhədə döyüşlərin dayandırılmasını və atəşkəsin elan olunmasını, Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq, Kəlbəcər, Laçın və Ağdamdakı erməni işğalçı qüvvələrinin ən qısa zamanda bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutur.
Azərbaycan Ordusu isə bu günədək azad etdiyi mövqelərdə qalır.

Razılaşma Ermənistan ordusunun ərazilərdən çıxarılmasına paralel olaraq, Türkiyə və Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsini də nəzərdə tutur. 

Qeyd edək ki, ermənimənbələri yalnız Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdiriləcəyini bildiir. İddia olunur ki, Rusiya qoşunları qarşıdurma qüvvələri arasında sərhədsiz kordon statusunda çıxış edəcək. Bununla yanaşı, tərəflər Türkiyə hökumətinin Qarabağ probleminin qəti şəkildə həllində fəal iştirakına dair razılığa gəliblər.

Qarabağın statusu müzakirə mövzusu olmayacaq!

Beləliklə, qış fəslinin yaxınlaşdığını nəzərə alaraq, Azərbaycan heç bir itki vermədən Kəlbəcər kimi böyük və strateji rayonun, ciddi müdafiə istehkamları qurulmuş Ağdamın və Laçının azad edilməsinə nail olacaq.

Ancaq fikrimizcə, Rusiya sülhməramlı qüvvələri bölgədə olacaqsa, Türkiyə sülhməramlılarının da bölgədə yerləşdirilməsi Bakının vacib şərtlərindən biri olmalıdır!  

***

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə o özünün feysbukdakı səhifəsində yazıb.