“Ermənilər xoşluqla bu əraziləri boşaltmayacaq, zənnimcə buna “dəmir qapaz” lazım olacaq…”

Manşet QARABAĞ
Spread the love
Tanınmış ermənişünas alim, İrəvan Türk Cümhuriyyətinin təsisçilərindən olan professor Qafar Çaxmaqlı dövlət başçısı İlham Əliyevin vaxtilə Ermənistana verilmiş tarixi Azərbaycan torpaqları ilə bağlı bu günki açıqlamasını Moderator.az-a şərh edib:
“Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur, Göyçə və İrəvanla bağlı yeni bəyanatı şübhəsiz ki, Ermənistan adlı dövlətin süni bir quruluş olduğunu və tarixi Azərbaycan ərazilərində kimlərinsə yardımı ilə yaradıldığını ortya qoyan tarixi bir addımdır və onların bu ərazilərdə əbədi qalmayacağına işarədir. İlham Əliyev ilk dəfə deyil ki, bu fikirləri dilə gətirir və və bu ərazilərin əsl sahiblərinin öz doğma torpaqlarına dönüşünün siqnallarını verir. İrəvan Türk Cümhuriyyəti olaraq bu, bizim hədəflərimizi müəyyən edən amil kimi fəaliyyət istiqamətimizin doğru olduğunu da isbatlayır. Bəli, Zəngəzur bir coğrafi ərazidir və Qərbi Zəngəzur Şərqi Zəngəzurdan ayrı bir ərazi deyil və min illər boyu bu ərazilərdə Azərbaycan türkləri yaşamışlar və iqtisadi rayon kimi bu ərazi bir yerdə inkişaf edə bilər. 1920 – ci ildə ədalətsizcəsinə Qərbi Zəngəzurun Ermənistana verilməsi yanlış addım olub və bu yanlış düzəldilməlidir. Onların sahibləri var və onlar bir an öncə öz torpaqlarına dönmək istəyirlər və artıq iradələrini də ortaya qoymuşlar. Təbii ki, ermənilər xoşluqla bu əraziləri boşaltmayacaqlar. Zənnimcə buna yenə “dəmir yumruq”, bəlkə də “dəmir qapaz” lazım olacaq. Azərbaycanla kapitulyasiya sənədinə imza atmış mövcud erməni hakimiyyətini oranı boşaltmağa məcbur etmək lazımdır.  Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşməsi və bağlanacaq sülh sazişindən əvvəl bu torpaqları geri almaq lazımdır. İstəyimizi reallaşdırmağın bir neçə yolu var. Birincisi, bunu Azərbaycan 30 ilə yaxın bir müddətdə Azərbaycanın Qarabağ və digər ərazilərində vurulan zərərə görə Ermənistanın məhkum ediləcəyi təzminat müqabilində istəməlidir. İkincisi isə 1988-89-cu illərdə buranı tərk etmiş zəngəzurluların geri dönüşünü təmin etmək yolu ilə edilə bilər. Oradan çıxmış  əhali buna hazırdır. Yalnız Nüvədi kəndinin 1000 nəfərinin imzası ilə İrəvan Türk Cümhuriyyətinə müraciəti var. Onlar 1929-cu ildə  Nüvədi kəndinin Ermənistana verilməsi və yalnız 1969-cu ildə Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq olunmuş qərarın ləğv edilməsini tələb edirlər. Yalnız bu kənd deyil, digər yaşayış məntəqələri də Ermənistan qanunsuz verilmişdir. Əhalinin öz vətəninə geri dönmək qətiyyətini əldə rəhbər tutaraq Qərbi Zəngəzura iddialar ortaya qoyula  və həll edilə bilər. İTC bu ideyanın dəstəkçisidir. Biz İTC olaraq  Ermənistan dövlətini tanımırıq. Başkəndimiz İrəvan olacaq türk dövlətini bərpa etmək üçün mübarizəmizi davam etdirəcəyik”.