“Ermənilər təcili Paşinyanı devirməlidir” – Rusiyalı politoloq

DÜNYA Hit
Spread the love

Rusiyalı tarixçi-şərqşünas, keçmiş hərbi müxbir İqor Dmitriyev özünün “Telegram” kanalında Ermənistan xalqını təcili olaraq baş nazir Nikol Paşinyanı devirməyə çağırıb.

Dünyanınsəsi.info-nun məlumatına görə, rusiyalı politoloq bildirib ki, ermənilər təcili Paşinyanı devirməlidir.

“Bu, bir neçə günün məsələsidir. Nə qədər tez olsa o qədər yaxşıdır”,- deyə rusiyalı politoloq bildirib.

Dmitriyevin sözlərinə görə, ermənilərin indi yumruq kimi birləşib Paşinyanı dəstəkləməli olduğu haqda hekayələrə inanmaq lazım deyil:“Paşinyan bu müharibənin günahkarıdır. Ermənistanın opponontləri onun manevrlərindən sonra Yerevanın müttəfiqləri ilə münasibətlərinin zəiflədiyini hiss elədilər. İndi hər itirilmiş insan həyatı onun ətrafındakı qrantyeyənlərin vicdanına yazılır”.