Ermənilər Azərbaycanın icazəsi ilə Xankəndidən… – Rusiya Müdafiə Nazirliyi

Hit QARABAĞ
Spread the love

Rusiya sülhməramlıları Azərbaycanın icazəsi ilə Xankəndidən Xocavənddə yerləşən Amaras monastırına gedən və geri dönən 25 erməni zəvvarı müşayiət edib.

Dunyaninsesi.Az. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı sülhməramlı kontingentinin münaqişə zonasında 22 fevral tarixindəki fəaliyyətinə dair məlumat bülletenində deyilir.

Bildirilir ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Sülhməramlılar həmçinin ermənilərin Qarabağa qayıtmasını təmin edir. Ümumilikdə, 14 noyabr 2020-ci ildən bəri 52 700 nəfər Qarabağa qayıdıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirir. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1474 hektar ərazi, 457 km yol, 1440 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 24 870 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri koordinasiya etmək üçün Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Zümrüd