ERMƏNİ XÜSUSİ TƏYİNATLILARI BELƏ QAÇIR! – Azərbaycan ordusu düşmənin mövqelərini ələ keçirdi! + VİDEO

HADİSƏ Hit
Spread the love

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nümayiş olunan videoda Azərbaycan Ordusunun zirehli texnikası və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunur.

Videonun son kadrlarında düşmən səngərlərini tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərinin irəliləməsi aydın görünür.