Erməni jurnalist: “12 min yaralıdan 4 mini əlillik statusu alıb”

Manşet QARABAĞ
Spread the love

Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı yaralanmış keçmiş hərbçilərlə bağlı ciddi problemlər yaşanır. AzVision.az xəbər verir ki, bu barədə ölkənin tanınmış jurnalistlərindən olan Voskan Sarkisyan məlumat yayıb.

O qeyd edib ki, 44 günlük müharibədə yaralanan və müəyyən əlillik qrupuna aid olması ilə bağlı tibbi-sosial ekspertiza zamanı hüquqlarının pozulmasından şikayət edən xeyli sayda hərbçi ona müraciət edib: “Adlarının açıqlanmamasını xahiş etdilər. Müharibədə ağır yaralanmış həmin şəxslər şikayət edirlər ki, sözügedən ekspertizanın gedişində ekspert komissiyalarının qərarı anormal qaydalarla verilir. Yəni onlar 1-ci qrup olsalar da, 2-ci, yaxud da 2-ci qrupa aid edilsələr də, bunun əvəzinə 3-cü qrup əlillik alırlar. Bir çoxu isə ümumiyyətlə əlil statusu ala bilməyib…

Ayrum sakini Arsen Mkrtumyan ağır kəllə-beyin travması alıb. Lakin ona 3-cü qrup əlil statusu verilib. Komissiya üzvləri yaralı hərbçilərin əlillik qruplarına aid olması üçün dövlət tərəfindən müəyyən edilmiş tibbi standartların sərtləşdirilməsinin səbəbini izah edİblər və bu standartları rəhbər tutduqlarını bildiriblər. Bütün bunlardan qıcıqlanan bir çox müharibə yaralıları isə tibbi-sosial ekspertiza aparan komissiyalarda yer almırlar, – erməni jurnalist ölkədəki anormal durumdan gileylənib.

O xatırladıb ki, 2021-ci ildə Müdafiə Nazirliyinin hərbi tibb idarəsinin rəisi Sahak Ohanyan 44 günlük müharibə zamanı 12 min insanın yaralandığını bəyan etmişdi.

“Müharibədə yaralanan əsgərlər isə deyirlər ki, bu maneələrə görə hazırda həmin 12 000 nəfərdən 4 000-i müharibədə yaralanmış şəxs kimi qeydiyyatdan keçib. Bütün bunlardan bezmiş və incik düşmüş həmin narazı şəxslərin tibbi-sosial ekspertiza aparan komissiyalara daha müraciət etmirlər, heç bir qrup əlil statusları da yoxdur”, – Sarkisyan deyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən rəsmi İrəvan ölkəsinin verdiyi itkilər barədə ətraflı statistikaların yayılmasını məqbul bilmir. Paşinyan hakimiyyəti bunu hərbi sirr saysa da, müstəqil ekspertlər, müxalifət və jurnalistlərin araşdırmaları nəticəsində bəlli olur ki, ölüm sayı deyildiyindən itkin və yaralı sayı isə açıqlananan rəqəmlərdən qat-qat çoxdur. Çünki hələ də elə hərbçilər var ki, onların adı müharibə itkiləri siyahısında yoxdur. Bu kimi faktları araşdırmaçı Aram Gevroqyan da bir neçə dəfə sübut edib.