
ERMƏNİ BARBARLIĞINA NÖVBƏTİ SÜBUT – Kəlbəcərdən çıxarkən evləri, meşələri yandırırlar + VİDEO
Spread the love
Qarabağ müharibəsində uğursuzluğa düçar olan və Azərbaycan Ordusu qarşısında darmadağın olan Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur edilib. Ərazini tərk edən erməni əhali isə gedərkən yanğınlar törədirlər.
Bu barədə erməni “Telegram” kanalları məlumat və videolar paylaşıb.
Bu isə onların necə vandal olduqlarının növbəti sübutudur. İşğal etdikləri torpaqlardan çıxmalı olan ermənilər ekoloji terror törədir, təbiətə ziyan vurmaqla bir daha mənfur niyyətlərini büruzə verirlər.
Bununla bağlı videonu təqdim edirik: