Epilepsiya xəsətəsinin atası Sahil Babyevə səsləndi-VİDEOŞİKAYƏT+FOTOLAR

Manşet QALMAQAL
Spread the love

Minlərlə saxta əlillik aşkar edildyi halda Sahil Babayev niyə öz işçilərini cəzalandırmır?

“Dəxli yoxdur, nazir Səlim Müslümov olsun, ya da Sahil Babayev. Fakt odur ki, minlərlə saxta əlilik dərəcələri verənlər ƏƏSMN-nin məmurlarıdır və onların hərəkətləri cinayət məsuliyyətinə aiddir”.
Bu sözləri  Yevlax rayonun Əkrəm kəndində yaşayan Qönçə Qocayevin atası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həqiqi əlillərin pensiyasını kəsməsini və epilepsiya xəstəsi ilə  nazirlik arasındakı yaranan narazılığı Dünyanınsəsi.Az-a şərh edərkən qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əvvəlki dövrlərdə saxta şəkildə əlillik dərəcəsi alaraq dövlətdən pensiya alan yüzlərlə şəxsin əlilliyi ləğv edilib və onların arasında 12 yaşından epilepsiya xəstəliyindən əziyyət çəkən də var. Hər gün iynə dərmana möhtac olan bu gənc xanımın pensiya təminatının dayandırılmasının bir adı var. O da sosial ədalətsizlikdir. Həm də ölkədə qanunların işləmədiyinin bir daha sübut edir.Bəzi ekspertər isə hesab edirlər ki, ƏƏSMN-nin başlatdığı bu proses həqiqi əlilliyi olanların da sosial təminatının əngəllənməsinə qədər gedib çıxır.

Qeyd edək ki, ölkədə hansısa yollarla saxta əlilliyi olan və büdcədən pensiya, təqaüd alanların olduğu hər kəsə məlum idi, nazirliyin bu istiqamətdəki fəaliyyəti də ilk günlərdən dəstəkləndi. Lakin sonradan məlum oldu ki, bəzi hallarda bu proses həqiqi əlilliyi olanların da sosial təminatının əngəllənməsinə qədər gedib çıxır. Bəzi şəxslər əlillik dərəcələrinin yüngülləşdirilməsindən, bəziləri isə ümumiyyətlə, əlillik müddəti bitdikdən sonra onun uzadılması ilə bağlı müraciətə imtina gəlməsindən narazıdır.

ƏƏSMN minlərlə saxta əlillik aşkar etdiyi halda niyə yerlərdə bu əliliyi verən tibbi komissiyalar və nazirliyin müvafiq şöbləri cəzalandırılmır? Ümumiyyətlə bu prossesdə ƏƏSMN-ni nə qədər səmimi hesab etmək olar?

Sonda redaksiya olaraq  inanırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri vətəndaşın problemlərini araşdırılmasına göstəriş verəcəkdir.

Epilepsiya xəstəsinin atsının videoşikayətini təqdim edirik:

Nicat Xəliloğlu,

Dünyanınsəsi.Az