
Entoni Blinken Hatayda dağılan binaları helikopterdən izləyib – VİDEO
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-li həmkarı Entoni Blinken ilə zəlzələdən zərər çəkmiş Hatay vilayətinə səfər ediblər.
Dünyanınsəsi.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Nazirlər Adanadakı 10-cu “İncirlik” bazasından havaya qalxan helikopterlə təbii fəlakət baş verən əraziləri izləyiblər.
Entoni Blinken Türkiyənin cənubunda baş verən zəlzələlərin dağıdıcı təsirlərindən dərin kədərləndiyini bildirib.