Emin Əmrullayevin “vurulma” xəbəri onları hərəkətə gətirdi -NAZİR POSTUNA İDDİALILARIN KİMLİYİ BİLİNDİ

Hit REDAKSİYA SEÇİMİ
Spread the love

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin nazir postundan kənarlaşdırılacağına dair xəbərlər onun yerinə göz dikən şəxsləri hərəkətə gətirib.

Qeyd edək ki, Emin Əmrullayevin vəzifəsini itirəcəyinə dair xəbəri Gununsesi.info yayıb.

Həmin xəbərdə bildirilir ki,  E.Əmrullayevin mühüm postdan uzaqlaşdırılması təhsil sektorundakı mövcud vəziyyətlə bağlıdır. “Elm və təhsil sektoru büdcədən ən böyük vəsait alan istiqamətlərdən biri olsa da, effektiv nəticələr yoxdur. Orta təhsil yenə repetitorluğun ümidinə qalıb, məktəb direktorlarının təyinatındakı subyektiv amillər, mediaya sızan korrupsiya qalmaqalları, habelə ali təhsil sistemində göz dəyən uğurların olmaması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi siyasətin icra olunmnadığını ortaya çıxarıb.