Emin Əmrullayev 700 nəfərin çörəyini kəsdi,həm də, …-MƏHƏMMƏD İSMAYILOĞLU YAZIR

Manşet QALMAQAL
Spread the love
Elm və Təhsil Nazirimiz Cənab Emin Əmrullayev bildirdi ki, bütün təzyiqlərə və qınaqlara baxmayaraq biz 700 nəfər işini bilməyənləri işlərindən azad etdik. Təbii ki, 700 nəfər işini bacara bilməyən müəllimi işdən çıxardınız, bunun əvəzində isə 7000 nəfər işini bacara bilməyənləri də vəzifəyə qoydunuz. Təhsilin vayına oturdunuz, vayına!!
Dunyaninsesi.Az xəbər verir ki, bu haqda Məhəmməd Ìsmayıloğlu öz fb səhvəsində yazıb.
Məhəmməd Ìsmayıloğlu qeyd edir ki, rəhbər vəzifələrə müəllimlərin içərisindən seçərlər, dürüst, məsuliyyətli, işini bilən, ciddiyyəti olan, öz ixtisas sahəsi üzrə sayılıb seçilən, təhsildə yaradıcılıq qabiliyyəti olan, idarəçilik qabiliyyətli insanları qoymaq lazım idi. Yoxsa beş il nə fasonsa müəllimlik edib, sonra da əzbərcilik edib deyə gətirib direktor, direktor müavini vəzifəsinə qoyurlar. Bu əzbərcilər də gəlib illərin nəhəng müəllimlərinə yol göstərir, təhsildən, tədrisdən istiqamət verir. Yəni bu təhsil siyasətidirsə, bir daha deyirəm bu siyasətiniz Azərbaycan təhsilinini koma vəziyyətində reanimasiyaya saldı. Bir də ki, Sizi də qınamaq olmur, savadsız, şürursuz, beyni fikir istehsal edə bilməyən, sürü təfəkkürlü bir kütləni idarə etmək daha asan olur.
700 nəfər müəllimi işini bacarmayan kimi işindən azad edib çörəyini kəsməkdənsə təkmilləşdirmə kürslarının yenidən fəaliyyətini bərpa edib o 700 nəfər müəllimi yenidən hazırlayıb işlərini davam etdirməyə dəstək olmaq lazım idi. Birdə ki, guya sertifikasiyadan uğurla keçən müəllimlər sanki ölmüş təhsilimizin gorunda şam tutur.
Allah sənə rəhmət eləsin ay Məmməd Araz.
Qoyun bu milləti, qoyun yaşayaq,
Qurd ola bilmədik, “QOYUN” yaşayaq.