Elşən Abbasov şəhid ailələrinə və qazilərə baş çəkib-FOTOLAR

HADİSƏ Manşet
Spread the love

SHXÇDX Kəpəz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elşən Abbasov Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyatət edib.

44 günlük Vətən müharibəsinin qəhrəman qaziləri və şəhid ailələri ilə görüşən şöbə rəisi , onların qayğıları ilə maraqlanıb. Lazımi dəstək üçün hər zaman hazır olduğunu qeyd edən Elşən Abbasov , Vətən uğrunda canından keçən və bu yolda sağlamlığını itirən qəhrəmanları daim diqqətdə saxlamağın hər birimizin vətəndaşlıq borcu olduğunu ifadə edib.

Qeyd edək ki, SHXÇDX-nin rəhbərliyinin göstərişi ilə Kəpəz rayon şöbəsi mütəmadi olaraq Vətən müharibəsi qazilərini və şəhid ailələrini ziyarət edərək onlara maddi və mənəvi dəstək göstərir.

Yaşar Verdiyev,

Dünyanınsəsi.Az