Elçin Quliyevin Novxanıda 165 hektarlıq bağı: Dəyəri milyonlarla manat… –FOTO

Əsas Manşet ÖLKƏ
Spread the love
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Novxanını zəbt edib
İllərdir ki, Azərbaycana gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qərəzli surətdə qanuni ödənişlərdən artıq məbləğlərin tutulması, Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri , DSX-da kök salmış korrupsiya mexanizmi və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə özünə mal-mülk toplayan Elçin Quluyevin Novxanıdakı  bağ evinin ərazisi nə az , nə də çox, düz 165 ha təşkil edir.
Bu fotkadrda görünən ərazi general-polkovnik Elçin Quliyevin Novxanı qəsəbəsində, 165 hektarlıq bağ evidir. DSX sədri o qədər vətənpərvərdir ki, bağından bir-başa süni yaratdığı, Xəzər Dənizi formasında olan gölə çıxışı var.

Dövlət Təhlükəsizlik Xİdmətinin və Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin Dövlət Sərhəd Xidmətində keçirdiyi anti-korrupsiya əməliyyatları hələ də cəmiyyətdə müzakirə mövzusudur.

Taryel İbrahimli,

Dünyanınsəsi.Az