DÜŞMƏN ÜZƏRİNDƏ QƏLƏBƏMİZ NAZİR ARSEN AVAKOVU MƏYUS EDİB

Hit QARABAĞ
Spread the love

Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov yenidən bu ölkədə yaşayan azərbaycanlılara qarşı qanunsuzluqlara başlayıb.

Bu barədə Dünyanınsəsi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Ukrayna polisi bu ölkədə yaşayan soydaşlarımıza qarşı  son günlərə təsadüf edən qanunsuzluqlarını artırıb.

Belə ki, Azərbaycandan olan bir nüçə nüfuzlu iş adamına qarşı qurama əməliyyatlar hazırlatdıran Arsen Avakov həmin şəxslərin işinin aparılmasını da erməni əsilli müstəntiqlərə həvalə edib.

Görünür, Azərbaycan ordusunun düşmən üzərindəki qələbə xəbərləri Arsen Avakovu da məyus edib.

Qeyd edək ki, Ukraynanın daxili işlər naziri olan Arsen Avakov Bakıda doğulmuş erməni əsilli şəxsdir. 

O, hələ yeni nazir təyinatından qısa müddət sonra Ukraynadakı soydaşlarımıza qarşı kəskin münasibəti ilə özünü tanıtdı.

Ölkədə iş adamı kimi fəaliyyət göstərənlər bildirirlər ki, Ukrayna polisi Avakovun əmri ilə onları həbs etdirir və sonra külli miqdarda rüşvətin qarşılığında azad edirlər. Rüşvət verməkdən imtina edənlərə qarşı sui-qəsdlər təşkil olunur.

Paytaxt Kiyevdə iş adamı kimi tanınan Sakit Hacıyev, Elvar İsgəndərov, Dnepropetrovskda Vitali Şirinov və digər azərbaycanlılar iki ildir olmazın müsibətlərlə üz-üzə qalıblar. Avakovun xüsusi qrupu tərəfindən qaçırılan və oğurlanan azərbaycanlı iş adamlarına işgəncələr tətbiq olunur. Son iki ildə azərbaycanlılara məxsus 12 iri restoran yandırllıb, 6 bahalı avtomobil qaçırılıb. 2014-cü ilin mayında “Ukrayna Azərbaycanlıları Konqresi”nin və “Ukrayna Millətlər Məclisi”nin sədri Rövşən Tağıyevə qarşı sui-qəsdlər, Kremençik şəhər bələdiyyəsinin sədri Oleq Tağıyevin öldürülməsi, iş adamı Xızır Məmmədov, Təbriz Ələkbərov və adlarının çəkilməsini istəməyən yüzlərlə azərbaycanlının polis tərəfindən soyulmasının arxasında “Avakov mafiyası”nın olması artıq kimsəyə sirr deyil.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən Gununsesi.info-unun sorğusuna cavab olaraq, bildirilib ki, bu barədə deyilənlər araşdırılacaq.

Dünyanınsəsii.info