“Dünya F-35-lərdən deyil bizim döyüş PUA-larından danışacaq” –Türkiyəli nazirdən şok anons

DÜNYA Hit
Spread the love

“Türkiyənin hazırladığı pilotsuz uçuş aparatı texnologiyalarından hər yerdə bəhs olunur”.

Türkiyə mətbuatının məlumatına görə, bu sözləri Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

“Məndən tez-tez F-35 proqramı barədə nə düşündüyümü soruşurlar. F-35 həqiqətən keyfiyyətli bir təyyarədir. Amma biz bunun ekvivalentini TUSAŞ-la birlikdə “Milli Muharip Uçak” layihəsi çərçivəsində hazırlayırıq. Türkiyə hazırda döyüş PUA-ları texnologiyasına investisiya qoyan azsaylı ölkələrdəndir. İnşallah, biz döyüş PUA-larımızı bazara çıxaranda, əmin olun ki, dünya F-35-lərdən deyil onlardan danışacaq”, – M.Varank bildirib.