Dumanlı hava aeroportun işinə təsir etməyib

Hit ÖLKƏ
Spread the love

Bakıda dumanlı hava şəraitinin müşahidə olmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu normal rejimdə işini davam etdirir.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təyyarələrin qəbulu və göndərilməsi nəzərdə tutulan cədvələ uyğun həyata keçirilir.