DÖVLƏT VERGİ XİDMƏTİNİN ƏMƏKDAŞI SAHİBKARA “KRIŞALIQ” EDİR?-Pandemiyanı səbəb gətirərək…

Əsas Manşet İQTİSADİYYAT
Spread the love

Əvvəlki araşdırmalarımızda tkinti sektorunda eləcə də istehsalla bağlı külli miqdarda vəsaiti vergidən yayındıran firmalardan biri də Göygöl rayonu ərazisində fəaliyyət göstərən “Qranit Beton” MMC-nin olduğunu yazmışdıq. Adıçəkilən MMC Gəncədə sosial evlərin tikintisini aparan şirkətlərin beton təminatını həyata keçirməklə yanaşı, tikintini otsep, qum, sement, müxtəlif ölçülü çınqıllar və qatqı kimi komponentlərlə də təmin edir. Amma, məsələnin başqa maraqlı bir tərəfi var. “Qranit Beton” MMC yuxarıda sadalanan komponentləri istehsal edə bilmədiyi halda, bu təminatı necə həyata keçirir? Bunu müəyyən etməyin yolu isə “Qranit Beton” MMC bu materialları hansı təşkilatdan alınması barədə rəsmi sənədləri hüquqi şəkildə araşdırmaqdır. Əks halda bunu müəyyən etmək çətin olacaq.Çünki “Qranit Beton” MMC sosial evləri tikən iş icraçısı şirkətlərə betondan əlavə satdığı məmulat və materialları şəxsi istifadəsi qismində alır və onlara necə deyərlər çöldən-çölə satır.
Bununla da “Qranit Beton” MMC və digər istehsalçı şirkətlər bu məhsulların alqı-satqısını rəsmiləşdirmir və dövlət büdcəsinə ödəniləcək milyonlarla vəsaiti gizləyir. Konkret desək, öz ciblərinə qoyur. Əgər “Qranit-Beton” MMC-nin mal-materiallar üzrə qaiməsinə, idxal və ixrac sənədlərinə vergi və audit yoxlaması tətbiq edilərsə, müəssisədə çox ciddi qanun pozuntuları üzə çıxacaqdır.Hətta, ekspertiza təyin edilməklə enrji və digər kommunal sərfiyyatlar üzərə hesabat aparılarsa, iddia edilən vergi ödəməkdən yayınma halları öz təsdiqini tapar. Bir sözlə,Gəncədə tikilən sosial evlərin tikintisində istifadə olunan sement, mişar daşı, kərpic, qum, və sair materialların hansı təşkilatdan alınması yoxlanılarsa yenə də külli miqdarda vəsaitin vergidən yayınma halı çılpaqlığı ilə müəyyən olunacaqdır. Şübhəsiz ki, bu cür hallar büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi mühüm bir vəzifə durur. Çünki statistika göstərir ki,vergi cinayətləri azlmaq əvəzinə artmaqdadır. Daha doğrusu, Dövlət Vergi Xidməti İqtisadiyyat nazirliyinin tabeliyinə veriləndən sonra (Hətta,Mikayıl Cabbarov Vergilər naziri olan vaxdan) “kıraşası” olan “yatağan” müəssisə və şirkətlərin uzun illədir ki,külli miqdarda vergidən yayınmaları üzə çıxarıldı.Və proses davam edir… Məlumatlı mənbənin iddiasına görə, “Qranit-Beton” MMC rəhbəri Murğuz İbrahimov vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınır.O,mühasibat və vergi sənədlərinin tərtib edilməsi zamanı həmin sənədlərə yanlış məlumatları daxil etdirməklə gəlirlərini, obyektinin tam fəaliyyətini, işçilərin sayını gizlədir.Nəticə etibarı ilə işçilərlə əmək münasibətlərinin düzgün rəsmiləşdirmir, onların real əmək haqları rəsmi sənədlərdə əksini tapmır və ikili mühasibatlıq tərtib etməklə vergi ödəməkdən yayınır.Şübhəsiz ki, bu cür hallar büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi mühüm bir vəzifə durur. Çünki statistika göstərir ki,vergi cinayətləri ilbəil artır.
Hal-hazırda isə Göygöl “Qranit Beton” MMC Şəmkir rayonu ərazisində yerləşən Yenikənd “su” anbarının yenidən qurulmasına 35 min kub metr beton məhlulu müqaviləsinin icrasına başlayıb.Yuxarıda qeyd etdiklərimiz iddiaların yoxlanılması üçün nazir Mikayıl Cabbarova müraciət edilmişdir.Əfsuslar olsun ki, sözügedən Göygöl “Qranit Beton” MMC-də səyyari yoxlamaların aparılmadı.Səbəb kimi  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yoxlamalrın pandemiya ilə bağlı müvəqqəti olaraq aparılmadığını bəhanə gətirdi.Məlumatlı mənbə isə qeyd edir ki,Murğuz İbrahimova İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Departamentin İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin baş direktoru Azər Oqtay oğlu Məmmədov tərəfindən “krışalıq” edilir. Sabiq təhsil naziri Misir Mərdanovun qardaşı ilham Mərdanov MMC sədrinin bacısı əridir.Dövlət Vergi Xidməti Departamentin İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin baş direktoru Azər Məmmədov da Misir Mərdanovun kürəkənidir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun vergi cinayətləri ilə bağlı barışmaz mövqeyini nəzərə alaraq, ümid edirik ki,külli miqdarda vəsaitin vergidən yayındırılmasını müəyyən etmək üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “Qranit Beton” MMC-nin fəaliyyəti yoxlanılacaq.

Dunyaninsesi.Az olaraq bildiririk ki, yazıda adı keçənlərin mövqeyini dərc etməyə hazırıq.

Dünyanınsəsi.Az