Dostu Mübariz Mənsimovu necə satıb? – VÜQAR HÜSEYNOVUN İFADƏSİ

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Təxminən bir il əvvəl Türkiyədə həbs olunan “Palmali Group”un sahibi,  həmyerlimiz Mübariz Mənsimovun son müsahibəsi mediada və sosial şəbəkələrdə böyük rezonans doğurub.

Jurnalist Əvəz Zeynallıya müsahibəsində Mənsimovun “ən yaxın inandıqlarım məni satdı” ifadəsi marağa səbəb olub.

Qeyd edək ki, Mübariz Mənsimovun həbsinin ilk vaxtlarında onun əleyhinə saxta ifadə verənlərdən birinin 40  illik dostu və  şirkətində  ikinci adam etdiyi Vüqar Hüseynovun olduğu deyilirdi.

Mənsimova qarşı işdə gizli şahid kimi təqdim olunan Vüqar Hüseynov o zaman Gununsesi.info-ya açıqlamasında heç zaman dostunu satmadığını və barəsində yazılanların iftira olduğunu demişdi.

 

Əməkdaşımız Mənsimovun son müsahibəsində səsləndirdiyi bu fikri araşdırıb.

Məlum olub ki, doğrudan da onu satanlardan, ona böhtan atanlardan biri elə Vüqar Hüseynov olub.

Gununsesi.info-nun əldə etdiyi iş materiallarında Vüqar Hüseynovun ifadəsi əks olunub.

Həmin ifadəsində Vüqar Hüseynov ümumi sözlərdən ibarət fikirlər səsləndirib.

Məsələn, Türkiyəyə səfərə gələn Amerika konqresmenləri ilə görüşdüyünü deyir.

Onu da vurğulayaq, həmin şəxslər Türkiyə hökumətində və parlamentində də bir sıra görüşlər keçirib. Yəni, burada cinayət məsuliyyəti yaradacaq heç bir hərəkət yoxdur.

Məhkəmədə dostunun üzünə dirənən Hüseynov onu ona qarşı böhtanlar səsləndirib.

Bu zaman özünü saxlaya bilməyən Mənsimov “uşaqlıqda da bir adam deyildin, düşünürdüm böyüyəndə düzələcəksən, amma heç dəyişmədin” deyə ona bildirib.