Dörd nəfərin xəsarət aldığı qəzanı törədən qadın toya gedirmiş

HADİSƏ Hit
Spread the love

Gəncədə dörd nəfərin xəsarət aldığı qəza ilə bağlı bəzi detallar üzə çıxıb. Bu haqda 23 mart tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb. “Mercedes” və digər markalı avtomobil toqquşub. Qəzada xəsarət alan dörd nəfərin hamısı ikinci maşında olublar.

Məlumata görə, qəzanı törədən sürücü Leyla Məmmədova hadisə zamanı toya gedirmiş. Onun şəhərdə fəaliyyət göstərən xəstəxanaların birində çalışdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.