“DNESTRYANIDAKI RUS ORDUSUNU VURMALIYIQ” – “Putinin terroruna cavab olaraq o qədər hərbi əsir tutmalıyıq ki…”

Əsas Manşet SİYASƏT
Spread the love

“Vəziyyətə obyektiv baxaq – Putin total müharibə yolunu seçib. İndi isə girovlarımızı rus cəlladlarının qətliamlarından xilas etmək üçün yeganə şans Moldovanın Rusiya tərəfindən işğal olunmuş Dnestryanı ərazisinin demilitarizasiyasıdır”.

“Dunyaninsesi. Az” xəbər verir ki, bu barədə yüzminlərlə izləyicisi olan tanınmış ukraynalı hərbi jurnalist, “Senzor.net” portalının baş redaktoru Yuri Butusov yazıb. O, xatırladır ki, aprelin 22-də Rusiya Mərkəzi Hərbi Dairə komandanın müavini Rüstəm Minnekayev Rusiya qoşunlarının Dnestryanıdakı Rusiya hərbi bazası ilə birləşmək məqsədi ilə hücuma keçəcəyindən bəhs edib. Jurnalist onun hədələrindən sitat gətirib: “Ukraynanın cənubuna nəzarəti ələ almaq üçün Dnestryanıya girməkdən başqa çıxış yolu yoxdur, orada da rusdilli əhalinin sıxışdırılması faktları mövcuddur”.

Butusov vurğulayır ki, Minnekayevin bəyanatı Rusiyanın gələcəkdə Dnestryanıdakı hərbi bazalardan Ukraynaya qarşı hücumu dəstəkləmək üçün istifadə edəcəyindən xəbər verir: “Onun dedikləri Ukrayna üçün dərhal hərəkətə keçmək və Rusiyanın Dnestryanıya zərbə hücumunun qarşısını almaq öhdəliyi yaradır. Biz başa düşürük ki, Moldovanın ayrılmaz hissəsi olan Dnestryanı ərazini Rusiya qoşunlarından azad etməyə bu balaca ölkənin gücü çatmır. Ona görə də Ukraynanın Minnekayevin bəhs etdiyi təhlükəni birdəfəlik aradan qaldırmaq üçün rus qoşunlarının hərbi obyektlərini məhv etmək hüququ var”.

 

 

Hərbi jurnalist daha sonra Ukraynanın Dnestryanıya zərbə endirməsinin vacibliyini əsaslandırmaq üçün daha bir neçə səbəb sıralayıb:

1. Gələcəkdə mübadilə üçün minlərlə rus hərbi əsirinin ələ keçirilməsi;

2. Rusiya qoşunlarının qəfil zərbə təhlükəsinin aradan qaldırılması. Bu addım atılarsa, Minnekayevin haqqında danışdığı hücum öz mənasını itirəcək. Çünki biz azad edilmiş Dnestryanı bölgəsində qanuni hakimiyyəti Moldovanın silahlı qüvvələrinin nəzarətinə verəcəyik;

3. Rusiya ordusunun qaçaqmalçılıq imkanlarının məhv edilməsi. Məlumdur ki, Ukrayna sərhədindəki bu “qara dəlik” vasitəsi ilə milyardlarla pul qazanırlar və onu ləğv etmək lazımdır;

4Rusiya ordusunun böyük silah-sürsat arsenallarının ələ keçirilməsi;

5. Ukraynanın cənubunu Dnestryanıdan gələn təhlükədən qorumaq məcburiyyətində qalan iki briqadanın bu vəzifədən azad edilməsi;

6. Dnestryanıdakı rus birlikləri bütün Avropanı təhdid edən beynəlxalq terror mənbəyidir. Çünki oradan Rusiya xüsusi xidmət orqanları qeyri-qanuni olaraq bütün dünyaya silah tədarük edir. Bu gün də növbəti terror aktı baş verib. Cənubi Avropa üçün bu təhlükəni aradan qaldırmağın vaxtıdır.

 

 

Y.Butusov bildirir ki, Ukrayna ordusu Dnestryanıda rus nasistlərinin quldur dəstələrini asanlıqla məğlub edəcək, hərbi obyektləri zərərsizləşdirəcək. Onun sözlərinə görə nəticədə əsirlərin gülləbaranına və işgəncələrə son qoyulacaq, eyni zamanda onların dəyişdirilməsi üçün lazım sayda hərbi əsirlər əldə ediləcək. “Biz rus ordusunun zəif olduğu yerdən vurmalıyıq. Putinin terroruna cavab olaraq o qədər hərbi əsir tutmalıyıq ki, girovluqda olan bütün vətəndaşlarımızı azad edə bilək”, – hərbi jurnalist vurğulayıb.

Dunyaninsesi.Az