DİN-nin məşhur generalının oğlu parlament seçkilərinə qatıldı

Əsas Manşet ÖLKƏ
Spread the love
1988-ci ilin fevralından başlayan ermənilərin torpaq iddiaları və terrorçuluq hərəkətləri artıq Qarabağın hüdudlarından kənara çıxmışdı. Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirilməsini tələb edən ermənilər Kəlbəcərə gedən yeganə avtomobil yolunu  bağlamağa çalışırdı. Bu vaxtlar Kəlbəcəri milis dəstələri qoruyurdu. Həmçinin Kəlbəcərə rus ordusu da gətirilmişdi. Onlara isə etibar yox idi. Çünki həm Ermənistanda, həm də Azərbaycanda sərhəddə yerləşdirilmiş rus ordusunun bölmələri vahid komandanlıqdan idarə edilir, onların iştirakı ilə ermənilərə hər cür yardımlar göstərilir, türk əhaliyə hədəqorxu gəlirdilər. 1988-ci ilin payızinda ermənilər rus zabit və əsgərlərinin təzyiqi ilə Qərbi Azərbaycandan-Göyçədən, Zəngəzurdan, Dərələyəzdən, Vedidən, Ağbabadan soydaşlarımız qovdular. Həmin torpaqlarda bir nəfər də olsun türk qalmadı. Əli yalın, silahsız əhali neyləyə bilərdi? Bu köçürmələrdə rus hərbçiləri biləvasitə ermənilərə kömək etdilər. 1988-ci ilin payızında Göyçə mahalının ermənilər tərəfindən işğalı Kəlbəcərin də vəziyyətini ağırlaşdırdı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız Kəlbəcər-Ağdərə-Tərtər yolu idi ki, artıq 1989-cu ildən Ağdərədən keçən bu yolu da erməni və rus hərbçiləri bağladılar. 1988-1989-cu illərdə ziyalılardan Təhməz Cəfərovun təklifi və rəhbərliyi ilə Murov dağının Ömər aşırımından yeni yol açıldı. Kəlbəcəri Gəncə ilə birləşdirən 100 km-lik bu yolu haqlı olaraq kəlbəcərlilər “Həyat yolu” adlandırırdılar. Murov dağ yolunun Gəncə istiqamətində çəkilməsinə rəhbərlik edən sovetlərin çökməsi və müstəqilliyin ilk dönəmlərində Gəncənin polis rəisi olmuş,  Daxili işlər nazirinin sabiq birinci müavini,  mərhum general Zahid Dünyamalıyev rəhbərlik edirmiş.Hər gün insan ayağı dəyməyən yamaclara traktorla çıxaraq, insan ağlına gəlməyən zirvələrdən  yol çəkilməsinə nəzarət edən bu vətənpərvər generalın oğlu Vəli Dünyamalıyev namizədliyini hazırda  Gəncənin 40 Saylı Kəpəz ikinci seçki dairəsindən irəli sürüb. Vəli Dünyamalıyev şagird kimi  ilk illərini Gəncədəki 16 saylı orta məktəbdə oxuyub. Ali təhsilini  BDU-nun hüquq fakultəsində alan Vəli Dünyamalıyev uzun illər Milli Təhlükəsizlik Nazirliyində çalışıb. Şəhərdə böyük hörmət qazanan mərhum generalın övladlarına da gəncəlilərin eyni münasibəti qalmaqdadır. 2010-cu ildən özəl sektorda fəaliyyət göstərir.
Ailəlidir, 2 övlad atasıdır.
Misir  İbrahimli