Deputatlığa namizəd Aqil Məmmədov Daşkəsəndə köçkün seçicilərlə görüş keçirib-Fotolar

Əsas Manşet ÖLKƏ
Spread the love
Yanvarın 21-də parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 123 saylı Kəlbəcər  seçki dairəsindən deputatlığa namizədi Aqil Məmmədov Daşkəsən rayonun Quşçu kəndində məskunlaşan Kəlbəcərli  seçicilərlə növbəti görüş keçirib.
Görüşdə  Aqil Məmmədov  seçiciləri salamlayaraq görüşə gəldikləri üçün onlara  təşəkkür edib. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın üzvü olaraq seçkilərdə namizəd kimi iştirak etdiyi üçün fəxr hissi keçirdiyini bildirən Aqil Məmmədov  deyib ki, partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlara imza atıb. Onun sözlərinə görə, bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam edəcək: “Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik. Ona görə ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin arxasında böyük  siyasi güc və 700 minə yaxın insanın siyasi iradəsi dayanıb”.
YAP-ın seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə getdiyini deyən deputatlığa namizəd partiyamızın və dövlətimizin bu hədəfə nail olacağına əminliyini ifadə edib.
Görüşdə həmçinin seçiciləri maraqlandıran suallar cavablandırılmaqla yanaşı həm də 9 fevral seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbə qazanacağına əminlik ifadə olunub.
Ərşad İbrahimli

DunyaninSesi.AZ